AZ

"Kristal Abşeron"un keyfiyyətsiz mənzil "KAMPANİYASI": Vətəndaş pulunu şirkətdən geri ala bilərmi? - AÇIQLAMA

"Kristal Abşeron"un keyfiyyətsiz mənzil "KAMPANİYASI": Vətəndaş pulunu şirkətdən geri ala bilərmi? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, deputat Ağalar Vəliyevə məxsus olan "Kristal Abşeron"dakı mənzillərin keyfiyyətsiz olması ilə bağlı daha bir fakt ortaya çıxıb. Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. Sumqayıt şəhəri, 10-cu mikrorayonda "Kristal Abşeron" yaşayış kompleksində çəkilən görüntülərdən mənzillərin necə keyfiyyətsiz tikildiyi, bir müddətdən sonra yararsız hala düşdüyü məlum olur. Əlbəttə ki, bu hallar tək "Kristal Abşeron" şirkətinə aid deyil. Bir sıra yaşayış massivləri var ki, vətəndaşlar onların tikintisi və keyfiyyəti ilə bağlı narazılıqlar edir. Bəs belə olan halda vətəndaş mənzilin pulunu kompensasiya olaraq şirkətdən tələb edə bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib ki, əgər vətəndaş hansısa bir tikinti şirkətinin etdiyi təmirlə mənzil alırsa, aralarında bağlanan alqı-satqı müqaviləsində şirkətin öhdəlikləri qeyd olunur:

"Bu zaman evlərə qarantiya müddəti verilir. Bu müddət ərzində əgər təmir və tikintidə hər hansı bir problem baş verərsə vətəndaş həmin mənzilin geri qaytara bilər. Digər tərəfdən həmin mənzili təmirini şirkətə yenidən etdirə bilər. Bu problem əgər qarantiya müddətindən daha tez baş verirsə, qarşı tərəfin vəzifə borcudur ki, öhdəliklərini yerinə yetirsin. Bu müddət ərzində nöqsanı aradan qaldırmalıdır. Əgər şirkət üzərinə düşən öhdəliyi yerinə yetirməsi burada məhkəmə qaydası ilə işlər aparılır. Belə ki, məhkəmə qaydası ilə vətəndaşın pulu kompensasiya edilə bilər".

Xatırladaq ki, sözügedən mənzilin tikintisi zamanı kafel-metlaxın ara məsafəsi boş saxlanılıb, izolizasiyası olunmayıb. Bu da mənzillərə su sızmasına, rütubətə səbəb olub. Nəticədə divarda nəmişlik yaranıb, divar kağızları sıradan çıxıb. Qeyd olunur ki, binadakı bir neçə mənzilə baxış keçirilib, hamısında eyni mənzərə ilə qarşılaşılıb.

Seçilən
34
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
21524
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19386
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18306
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17740
Çingiz Mustafayevin toyudur - FOTOLAR
17054
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
16892
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16147
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15593
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
12082
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11295
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
9550
"Zaur, yenə çaşdın..." - VİDEO
8884
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8552
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
8035
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7581
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7219
Minimum əmək haqqı nə qədər arta bilər?
7112
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6436
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5799