AZ

Sergen Yalçın “Beşiktaş”la bağlı xəbərləri yalanladı

Sergen Yalçın “Beşiktaş” klubunu çalışdırması ilə bağlı çıxan xəbərləri yalanlayıb.

Məlumata görə, hazırda “Antalyaspor” klubunu çalışdıran təcrübəli mütəxəssis “Beşiktaş”a keçəcəyi ilə bağlı çıxan xəbərləri təkzib edib.

Baş məşqçi ümumi qərarını mövsüm sonunda verəcəyini və hazırda “Antalyaspor” üçün çalışdığını bildirib.

Qeyd edək ki, Sergen Yalçın daha öncəki açıqlamasında “Beşiktaş” klubunun rəsmilərindən incidiyini bildirib.

Mənbə: Ntvspor.net

Seçilən
24
Mənbələr
Şərh ()
Bağla

Reytinq