AZ

“Əgər küçə ticarəti xaotik formada inkişaf etdirilsə, bunun qarşısını almaq çətin olacaq” - Aydın Xan

Polis əməkdaşları müəyyən vaxtlarda antisanitar vəziyyət yaradan küçə ticarətinin qarşısının alınması məqsədilə şəhər ərazisində profilaktik tədbirlər həyata keçirirlər. 

Bəs paytaxt Bakıda küçə ticarəti ilə bağlı vəziyyət qanəedicidirmi? Küçə ticarəti hansı formada olmalıdır? Ümumiyyətlə, ticarətin bu formasının olması düzgündürmü?

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana portalının və www.yenimedia.net saytının təsisçisi/baş redaktoru, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov Herbiand.az-a bildirib ki, dünyanın hər yerində, o cümlədən Azərbaycanda küçə ticarəti istənilən vaxt inkişaf edib və çiçəklənən-çiçəklənməyən dövrləri olub:

“Bəzi vaxtlarda, xüsusən də karantin və epidemiyalar vaxtı küçə ticarətinə qəti qadağa qoyulub. Bəzi vaxtlarda isə insanların kiçik iş yerlərinin yaradılması və ailələrini təmin etməsi üçün dövlətlər, rəsmi qurumlar küçə ticarətinə göz yumublar. Azərbaycanda küçə və meydan ticarəti son illər özünün yeni və daha keyfiyyətli mərhələsini yaşamağa başlayıb. Əvvəllər, “talkuçka” adı altında müxtəlif meydanlarda, dəmir yolu vağzalı, avtovağzal, eyni zamanda metro stansiyaları ətrafında antisanitarik formada meyvə-tərəvəz, paltar, hətta qida məhsullarının satışı ilə məşğul olan küçə ticarətçiləri paytaxtda və respublikanın müxtəlif yerlərində epidemioloji vəziyyətin ağırlaşmasına səbəb olurdular. Küçə ticarətindən nə isə alan, xüsusən qida məhsulları alan şəxslər özləri və ailə üzvlərinin, yaxınlarının sağlamlığını ciddi təhlükə altına alırdılar. Eyni zamanda, onların zəhərlənməsi ilə bağlı böyük problemlər yaranırdı. Bu problemləri aradan qaldırmaq üçün dövlət qurumları, hüquq mühafizə orqanları, xəstəxanalar istəmədən və qeyri-iradi olaraq bu insanlarla məşğul olmağa məcbur olurdular. Amma küçə ticarəti son vaxtlar daha çox turizmin inkişafına, kreativ sənayenin bir hissəsinə çevrilib. Suvenir sənayesində Azərbaycanda xaricdən gətirilmiş hədiyyələrin satışı, qismən meyvə-tərəvəz, o cümlədən də kiçik gül, çiçək və yaxud dəmləmək üçün müxtəlif kəklikotu, itburnu kimi az xarab olan, uzun saxlanma müddəti olan bir çox qida və qeyri-qida məhsulları satılır. Bununla əlaqədar əlbəttə ki, dövlətin normativ aktları var”.

Yazıçı-kulturoloqun sözlərinə görə istənilən halda, əgər siz küçə ticarəti və yaxud hər hansı bir yerdə işləyirsinizsə pensiya fonduna, işsizlik, sığorta fonduna, icbari tibbi sığorta fonduna müəyyən ödənişlər etməlisiniz:

“Əlbəttə, əgər bu şəxsin qazancı minimal əmək haqqından aşağıdırsa ondan çox az miqdarda, yox əgər çoxdursa lazımi qaydada vergilər alınır. Bununla yanaşı hüquq mühafizə orqanları, polislər, xüsusən də sahə müvəkkilləri küçə ticarətinə, ümumiyyətlə qeyri-qanuni alverə qarşı ciddi mübarizələr də aparır. Çünki bu mübarizələrin əsas məqsədi məhz antisanitar vəziyyət yaradan və bir çox dəllalların qarşısını almaqdır. Bəzən baxırsan ki, çox gənc yaşında insan inşaatda, sənayenin müxtəlif sahələrində, fiziki əmək tələb edən yerlərdə və yaxud kənd təsərrüfatında işləyə bilər. Lakin həmin şəxslər asan qazanc yoluna düşür və bir yerdən aldıqları meyvə tərəvəzi gətirib metro stansiyalarının qarşısında satmaqla tez qazanc mənafeyinə xidmət edən işlərlə məşğul olurlar. Bu insanlara qarşı mübarizə aparmaq lazımdır. Amma yaşlı adamlar, qadınlar və yaxud çoxuşaqlı ailələr var ki, onları müəyyənləşdirmək çətin olsa da, hər halda istər-istəməz müəyyən yerlərdə, “jek”də aldıqları arayış nəticəsində bunların küçə alveri ilə məşğul olmasına qarşı ağır sanksiyaların tərəfdarı deyilik. Yenə də qeyd edirik: əgər hansısa bir insan öz evində əl işini hazırlayıb suvenir formasında satmağa çıxarırsa bunun üçün böyük bir müəssisə açmağa ehtiyac yoxdur. Böyük mağaza və ya hansısa yer icarəyə götürmək imkanı yoxdursa, həmin adamın küçədə hansısa ticarətlə məşğul olmasına göz yummaq və yaxud icazə vermək olar. Çünki bunların özü də paytaxtı gözəlləşdirir. Bəzən görürük ki, yeniyetmələr öz ailələrinə kömək etmək üçün hər hansı bir işdən yapışırsa, xüsusən də küçə ticarəti, səyyar musiqiçilik, qida daşınmasında velosipeddən istifadə edirlərsə bunlara qarşı sərtlik olmaz. Çünki bu insanların imkanları olsaydı daha yaxşı yerdə işləyərdilər və ailələrini dolandırardılar”.

Ekspert bir məsələni də xüsusi vurğulayıb ki, küçə ticarəti ilə küçə ticarəti formalarından istifadə edən dilənçiləri fərqləndirməliyik:

“Bəzən görürsünüz ki, dilənçiliklə məşğul olan və yaxud insanlardan pul istəyən sosial tənbəllər var ki, hər hansı bir qələm və yaxud salfet götürüb maşınlara yaxınlaşırlar. İstər-istəməz yol hərəkəti qaydalarını pozur, nəqliyyatın normal gedişatına mane olur, küçələrdə insanlardan pul dilənirlər. Bunlara qarşı hüquq-mühafizə orqanlarının hansısa addımını dəstəkləmək lazımdır. Digər tərəfdən metro ətrafında, bazarların ətrafında, xüsusən də bir çox insanların kompakt halında istifadə etdiyi yerlərdə küçə ticarəti ilə məşğul olan, az qala ərzaq növlərinin bütün məhsullarını satan şəxslər var ki, insanların sağlamlığına, ümumiyyətlə ölkədə epidemioloji vəziyyətə çox təsir edirlər. Bir də görürsünüz ki, çay içir və ora atırlar, yedikləri qida məhsullarının çürümüş hissələrini küçələrə atırlar və bu da şəhərimizin gözəlliyinə xələl gətirir. Bildiyimiz kimi, Bakı bu il keçiriləcək COP29 beynəxalq tədbirinə hazırlaşır. Dünyanın bütün ölkələrindən 80 mindən çox insan Bakıya gələcək. Bu bizim üçün həm də Bakını turizm və kreativ mədəniyyətin, eyni zamanda müxtəlif dinlərin, mədəniyyətlərin, qitələrin birləşdiyi bir məkan olaraq dünyaya çıxarmaq üçün böyük bir şansımızdır. Əgər bu şans ərəfəsində küçələrimizi çirkli etsək, insanlarımız mədəniyyətsizcəsinə qışqırsalar, küçə ticarəti xaotik formada inkişaf etdirilsə bunun qarşısını almaq çətin olacaq. Çünki hüquq mühafizə orqanları və yaxud könüllülərimiz, dövlət qurumlarımız həmin 80 min qonaqla məşğul olacaqlar. Onların dilənçiliklə, qeyri-qanuni küçə ticarəti ilə mübarizə aparmağa sadəcə vaxtları olmayacaq. Üstəlik, deyilənlərə görə, bu il həm parlament, həm də bələdiyyə seçkiləri keçiriləcək. Bura ölkə daxilində baş verən mədəni hadisələri, Formula 1 kimi qlobal idman yarışlarını və digərlərini daxil etsək onda çox böyük mürəkkəb bir hadisə olacaq. Bakının dünyanın mərkəzində olduğu bir vaxtda, bu qədər supermarketlər, mağazalar və köşklərin yayıldığı bir vaxtda küçədə durub alverxana açmaq əlbəttə ki, olmaz. Həmin insanlar üçün şərait yaratmaq, müxtəlif yerlərdə kiçik kənd təsərrüfatı yarmarkaları açmaq lazımdır. Onların ticarət və iş yerlərinin yaradılması ilə bağlı hökumətin xüsusi bir proqramı olmalıdır ki, narazı olmasınlar”.

Aydın Xan Əbilov sonda bir məsələyə də xüsusi toxunub:

“Küçə ticarətinin bir hissəsi bizim dönərxanalar və köşklərimizdir. Hansı qurumlar həmin köşklərdə və dönərxanalarda ayaqyolunun, əl yumaq üçün xüsusi mayelərin olması, insanların ümumiyyətlə tualet ehtiyaclarının ödənməsi üçün hansısa imkanların yaradılmasını bizə deyə bilərlər? Heç biri. Bax, bu məsələyə də xüsusi toxunmaq lazımdır. Təsəvvür edin ki, orda-burda tualetə gedən və əlini yumayan küçə ticarətçisi və ya dönər satanın gəlib sonra bizə qida məhsulunu satması görün nə qədər həyatımızda böyük təhlükələr yaratmış olur. İstənilən halda bu məsələ xüsusi tənzimləməli və dövlət qurumlarının tələbləri mütləq yerinə yetirilməlidir. Amma öz ailələrinə çörək pulu aparan sadə insanların, əhalimizin də mənafeyi qorunmalıdır. Bununla əlaqədar yəqin ki, dövlətin xüsusi bir addımı olacaq. Bu addım hər iki tərəfi razı salar”.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
33
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
20601
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19235
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18188
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17599
Çingiz Mustafayevin toyudur - FOTOLAR
16526
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
16337
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16043
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15368
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11869
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11243
"Zaur, yenə çaşdın..." - VİDEO
8825
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
8504
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7965
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
7964
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7411
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7078
Minimum əmək haqqı nə qədər arta bilər?
7042
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6222
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5731