AZ

Yassin Benzia “11-lik”dən kənarda

Ən yaxşı əlcəzairli futbolçulardan ibarət həftənin rəmzi komandası açıqlanıb.

İdman.biz xəbər verir ki, heyətin qurulması zamanı oyunçuların son 7 gündə keçirilən matçlardakı çıxışı əsas götürülüb.

Təkcə əsas “11-lik” deyil, ehtiyat heyət kimi 8 futbolçu da siyahıya daxil edilib. “Qarabağ”ın legioneri Yassin Benzia da diqqətdən kənar qalmayıb.

30 yaşlı yarımmüdafiəçi komandasının “Sumqayıt”la görüşdəki çıxışına görə fərqlənib. Amma Benzia “11-lik”dən kənar qalıb. Oyunu 8,1 xalla qiymətləndirilən futbolçu ehtiyat 8 futbolçu sırasında qərarlaşıb.

Qeyd edək ki, “Qarabağ” Sumqayıt səfərində 0:1 hesabı ilə uduzub.

İdman.biz

Seçilən
45
49
Mənbələr
Şərh ()
Bağla