AZ

Tbilisidə etirazlar toqquşmalara çevrildi, yaralılar və həbs olunanlar var

Cia.az "Sputnik Gürcüstan" informasiya agentliyinə istinadla xəbər verir ki, Gürcüstanda DİN əməkaşlarına hücum faktları ilə bağlı cinayət işi qaldırılıb.Mayın 1-nə keçən gücə Tbilisinin mərkəzində "Xarici təsirin şəffaflığı" qanun layihəsinin əleyhinə keçirilən aksiyalarda 63 nəfər saxlanılıb, 6 nəfər asayiş keşikçisi yaralanıb. Saxlanılanlar xırda xuliqanlıqda və polisin göstərişlərinə tabe olmamaqda ittiham edilirlər. Bu barədə açıqlamanı Gürcüstanın daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze bu gün səhər saatlarında verib.Mitinq zamanı xüsusi təyinatlılarla etirazçılar arasında toqquşmalar olub. Mitinq iştirakçıları asayiş keşikçilərinə daşlar və plastik su qabları atıblar, güc strukturlarının nümayəndələri isə bibər qazı, gözyaşardıcı qaz və suatanlardan istifadə ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
286
cia.az

1Mənbələr