AZ

“Prezident Kuboku”nun Füzulidə keçirilməsi planlaşdırılır

“Prezident Kuboku” beynəlxalq reqatasının Füzulidə də keçirilməsi planlaşdırılır.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının baş katibi Fərhad Əliyev Suqovuşanda “Prezident kuboku-2024” beynəlxalq reqatasının açılış mərasimində deyib.

Qurum rəsmisi bildirib ki, bu, qarşıdakı yarışlarda Füzuli mərhələsinin olmasını planlaşdırırlar: “Bununla bağlı Füzuli su hövzəsinə xaricdən gələcək mütəxəssislə birlikdə baxış keçiriləcək. Təbii ki, bütün proseslər yekunlaşdırdıqdan sonra bu yarışımızı orda da keçirəcəyik”.

Neftçaladakı su hövzəsi ilə bağlı da məlumat verən Əliyevin sözlərinə görə, orada da müəyyən məşqlərin keçirilməsi gündəmdədir: “Neftçalada su hövzəsində heç bir problem yoxdur. Lakin orada axıntı müəyyən hissədə dayanır və davamlı şəkildə getmir. Sovet dönəmində isə həmin ətrafı dairə etmək olurdu. Bu da bizim üçün önəmli idi. Lakin burada həmin məsafə az olduğundan Neftçalada yarışların keçirilməsi mümkün deyil”.

Baş katib bildirib ki, “Prezident kuboku” beynəlxalq reqatasında ilk dəfə 5, ikinci dəfə 17 ölkə iştirak edirdisə, bu dəfə artıq 21 ölkə yarışımıza qoşulub: “Əsasən nəticə göstərən idmançıları cəlb edirik. İnanırıq ki, yığma üzləri bu yarışda yaxşı nəticə göstərəcəklər”.

Azərbaycanın akademik avarçəkəni Diana Dımçenkonun Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanmasına münasibət bildirən Fərhad Əliyev idmanın bu növündə hər bir amilin çıxışa təsirinin olduğunu vurğulayıb: “Misal olaraq su, hava və s. kimi faktorları göstərə bilərəm. Təsnifat günü də kadrlara nəzər yetirsəniz şahid olarsız ki, külək güclü idi və yaranan dalğalar birbaşa iştirakçılara təsir edirdi. Dımçenkonun sahil avarçəkməsində də yaxşı nəticələri olduğu üçün avantajı yarandı. Bu məsafəni də keçmək onda ciddi problem yaratmadı”.

O, Həkəri və Sərsəng su hövzəsində isə əsasən ali idman növlərinin təşkili həyata keçirildiyini deyib: “Biz yenə də kanoe və avarçəkmə üzrə yarışlar təşkil edirik. Ötən il yayda da Qəbələdə də müəyyən məşqlər keçdik, mütəxəssislər aparmışdıq. Amma sözü gedən su hövzəsindən yay aylarında istifadə edilir”.

Qeyd edək ki, “Prezident kuboku-2024” mayın 3-də başa çatacaq.

Banuçiçək Hüseynli
İdman.biz

Seçilən
43
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
22191
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19554
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18410
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17871
Çingiz Mustafayevin toyudur - FOTOLAR
17565
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
17407
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16320
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15754
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
12229
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11343
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
10138
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8939
"Zaur, yenə çaşdın..." - VİDEO
8926
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
8124
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7740
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7404
Minimum əmək haqqı nə qədər arta bilər?
7165
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6561
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5881