AZ

Yerli avtomobillərin istehsalının artması qiymətlərə necə təsir edəcək?

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Ötən il ərzində Azərbaycanda 3 min 738 ədəd minik, 799 ədəd yük avtomobili istehsal olunub. Bu, əvvəlki ilin göstəriciləri ilə müqayisədə müvafiq olaraq 82,4 % və 88,4 faiz çoxdur. Təkcə bu ilin üç ayında 607 ədəd minik, 200 ədə yük avtomobili istehsal olunub. Yerli avtomobil istehsalı ildən-ilə artır. "Fitch Solutions" (FS) şirkətinin araşdırma qrupunun hesabatında bildirilib ki, 2033-cü ilə kimi Azərbaycanda avtomobil istehsalı illik 100 min ədədə yaxınlaşacaq. 

Bəs yerli istehsal olan avtomobillərin sayının artması avtomobil bazarına necə təsir edəcək?

Bu barədə Valyuta.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyir ki, bu, çox optimist proqnozdur və bunun real olması yaxşı hal olar:

“Qarşıdan gələn növbəti 9 il ərzində biz avtomobil istehsalını bu saya çatdıra bilsək, demək ki, xaricdən asılılığımız azalacaq və bu, daxili avtomobil bazarına müsbət təsir edəcək. Bu gün ölkəmizdə istehsal olunan minik avtomobillərinin sayı təxminən 2 min ədəddir. Bu da ümumi tələbatın heç 5 faizini təşkil etmir”.

Bunun qiymətlərə olacaq təsirindən danışan ekspert deyir ki, qiymətlə bağlı danışmaq hələ çox tezdir:

“Biz 5 ildən sonra dünyanın avtomobil sənayesində nələr baş verəcəyini bilmirik. Bunu proqnozlaşdırmaq çətindir. Çünki avtomobil bazarının və avtomobil sənayesinin inkişafı bir çox amillərdən asılıdır. Ona görə də hələ, qiymətlərlə bağlı nəsə demək olmaz”.

Əvəz Həsənov

Seçilən
31
Mənbələr
Şərh ()
Bağla