AZ

"Tullantıları İdarəetmə Mərkəzi" auditor seçir

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus “Tullantıları İdarəetmə Mərkəzi” MMC 2023-cü il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün kotirovka sorğusu elan edib.

“Report” xəbər verir ki, sorğuda iştirak haqqı 10 manatdır.

İddiaçılar təkliflərini mayın 20-nə qədər şirkətin Sumqayıt şəhəri, Bakı-Quba şosesinin 33-cü km-i ünvanındakı ofisinə təqdim edə bilərlər.

Təkliflərə mayın 20-də, saat 10:50-da qeyd olunan ünvanda baxılacaq.

Seçilən
53
Mənbələr
Şərh ()
Bağla