AZ

Tarixdə bu gün: 1 may

***

   1886-cı ilin 1 mayında ABŞ-ın Çikaqo və digər şəhərlərinin fəhlələrinin 8 saatlıq iş tələbi ilə keçirdikləri tətil və nümayişlər polislə qanlı toqquşmalarla nəticələndi. Mayın 4-də Luisvil (Louisville) şəhərinin Haymarket bölgəsində mitinqdə bomba partladı, 7 polis öldü, 69-u yaralandı. Məhkəmə etirazçı fəhlələrin 4 başçısını edam cəzasına məhkum etdi.

  Üç il sonra - 1889-cu ildə isə İkinci İnternasionalın Paris Konqresində ABŞ (Çikaqo) fəhlələrinin xatirəsini əbədiləşdirmək məqsədilə hər il 1 mayda zəhmətkeşlərin nümayiş keçirmək haqqı olması barədə qərar çıxarıldı və bu gün Zəhmətkeşlərin Beynəlxalq Həmrəylik Günü sayıldı.

  1 May bayram kimi keçmiş sovet ölkələrində xüsusi təmtəraqla qeyd edilirdi. SSRİ dağıldıqdan sonra ittifaq respublikalarının əksəriyyətində, o cümlədən Azərbaycanda 1 may bayram səviyyəsində keçirilmir.

***

  1945-ci ilin bu günü Sovet qoşunları faşist Almaniyasının paytaxtı Berlinin alınmasını başa çatdırdılar. Berlini məhz 1 may gününə qədər almaq haqqında Sovet komandanlığının əmri minlərlə sovet əsgərinin həyatı bahasına yerinə yetirildi.

***

  1 may 1960-cı ildə Amerikanın cəsus təyyarəsi “U-2” Sovet İttifaqı üzərindən uçarkən salındı və onun pilotu Frensis Qeri Pauers (Francis Gary Powers) tutuldu. Hadisə ABŞ və SSRİ arasında böhrana səbəb oldu.

***

  Türkiyə Radio Televiziya Qurumu – TRT 1961-ci il Konstitusiyasının 121-ci maddəsinə əsasən çıxan 24.12.1963 tarixli və 359 saylı qanunla Türkiyə respublikasının mülkü olaraq 1 may 1964-cü il tarixində quruldu. Həmin qanuna əsasən, radio-televiziya ilə bağlı bütün hüquqlar TRT-yə məxsus oldu. Görülən işlər nəticəsində ilk test yayımı 21 yanvar 1968-ci il tarixində axşam saatlarında paytaxt Ankaradan həyata keçirildi. Daha sonra 1970-ci ildə İzmir, 1971-ci ildə isə İstanbul studiyaları istifadəyə verildi. İlk qardaş kanalı TV 2 açılana kimi (daha sonrakı adları TRT 2 və TRT Haber) TRT 1 sadəcə TRT adlanırdı. Adında proqramın, ya da xəbərin hazırlandığı vilayətin adı da olub.

  6 oktyabr 1986-cı ildə TV 2-nin yayıma başlamasına görə TV 1 adnaldı. İnkişaf edən yayım texnologiyası ilə birlikdə 1982-ci ildə qismən, 1984-cü ildə isə tam rəngli yayıma keçdi. 1982-ci ildə “Eurovision” bağlantı mərkəzi istifadəyə verildi. TV 1 olan adı 1993-cü ildə TRT 1 olaraq dəyişdirildi. Loqosu 2001 və 2009-cu illərdə böyük miqyasda dəyişən TRT 1 sonuncu dəfə 19 may 2012-ci il tarixində loqo, intro və görüntü ölçüsünü dəyişərək 16:9 (geniş ekran) formatlı yayıma keçdi. Həmin gündən HD keyfiyyətində yayımlanan TRT 1 HD kanalı açıldı.

  Bu gün TRT-nin 10-dan çox qardaş televiziyası və 20-dən çox radiosu fəaliyyət göstərir.

***

  1 May Zəhmətkeşlərin Beynəlxalq Həmrəylik Günü 32 illik fasilədən sonra – 2010-cu ildən Türkiyədə qeyd olunmağa icazə verildi və İstanbulun Taksim Meydanında təşkil edildi.

***

1 mayda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

   1934-cü ilin bu günü Azərbaycanın tanınmış yazıçısı İsi Məlikzadə dünyaya gəlib.

  Yaradıcılıq üslubuna görə novator yazıçılardan sayılan İ.Məlikzadənin əsərlərində milli kolorit özünü qabarıq büruzə verir. (1934-1995)

***

   1 may XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, tarixi romanlar müəllifi, yazıçı və publisit Məmməd Səid Ordubadinin xatirə günüdür.

  M.S.Ordubadi 1930-1940-cı illərdə yazdığı “Dumanlı Təbriz”, “Gizli Bakı”, “Döyüşən şəhər”, “Qılınc və qələm” əsərlərilə Azərbaycan ədəbiyyatına tarixi romanlar bəxş edib. O həm də “Koroğlu”, “Nizami”, “Nərgiz” operaları və “Beş manatlıq gəlin”, “Ürəkçalanlar” musiqili komediyalarının müəllifidir. (1872-1950) 

***



Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
27437
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
23707
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
17710
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14666
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11559
Helikopterin qalıqları tapılıb
10477
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7518
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
7469
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6835
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
5929
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5541
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5368
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4363
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4258
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3740
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
3155
Abdullahian ölümündən dəqiqələr öncə... - FOTO
2449
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2258
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
1931