AZ

"Koronavorusa qarşı bu peyvənd ciddi travmalara və hətta ölümə səbəb olan tromblar yaradır..."

"Astra-Zeneka-Oksford" peyvəndi qüsurludur, onun səmərəliliyi isə xeyli şişirdilib..."
 
Əczaçılıq nəhəngi etiraf edib ki, onun koronavirusa qarşı peyvəndinin dəhşətli yan təsiri var...
 
Böyük Britaniyada qeydiyyatdan keçən Britaniya-İsveç "Astra-Zeneka" əczaçılıq şirkəti ilk dəfə olaraq məhkəmə sənədlərində etiraf efib ki, onun koronavirusa qarşı peyvəndi ciddi travmalara və hətta ölümə gətirib çıxaran tromblar yaradır.
 
Moderator.az xəbər verir ki, bu barədə Britaniyanın "The Daily Telegraph" qəzeti yazıb.
 
Nəşrin məlumatına görə, şirkət barədə məhkəmədə kollektiv iddia qaldırılıb. 51 şikayət müəllifləri 125 milyon dollar məbləğində zərərin ödənilməsini tələb edir. 
 
İddiaçıların vəkilləri iddia edir ki,
"Astra-Zeneka-Oksford" peyvəndi "qüsurludur", onun səmərəliliyi isə "xeyli şişirdilib".
 
İddia qaldıranlar həmçinin iddia edir ki, Oksford Universiteti ilə birgə işlənib hazırlanan peyvənd sağlamlıqla və ölümlərlə bağlı ciddi problemlərə səbəb olub. 
 
İddiaçıların maraqlarını təmsil edən hüquqşünaslar peyvəndin bütöv ailələrə "dağıdıcı təsirindən" danışır.
 
İlk şikayət iki övlad atası, 2021-ci ildə peyvənd aldıqdan sonra tromb əmələ gəldiyi, sonradan baş beyinə qansızma verən Ceymi Skottun yaxınları tərəfindən verilib. Kişi geriyədönməz travma alıb, bu səbəbdən də daha işləyə bilmir. 
 
Onun həyat yoldaşı Keyt danışıb ki, tibb işçiləri üç dəfə ona zəng edərək Skottun vəziyyətinin o qədər ağır olması səbəbindən tezliklə ölüm riski barədə xəbərdarlıq edib.
 
"Bizə üzrxahlıq və ailəmiz və zərərçəkən digər ailələr üçün ədalətli kompensasiya lazımdır. Həqiqət bizim tərəfimizdədir, bizim geriyə çəkilmək niyyətimiz yoxdur", - Keyt Skott bəyan edib.
 
Şirkət belə hallarla öz preparatı ilə peyvəndlənmə arasında əlaqəni şübhə altına alır, lakin "Astra-Zeneka"nın Ali Məhkəməyə 2024-cü ilin fevralında tədqim etdiyi hüquqi sənəddə deyilir ki, "çox nadir hallarda peyvənd trombositopeniya sindromu ilə tromboz (TTS) yarada bilər".
 
Trombositopeniya xəstəliyi zamanı periferik qanda trombositlərin miqdarı bir mikrolitrdə 150 min vahiddən aşağı düşür, kiçik damarlar kövrək olur, bu səbəbdən də qanaxma uzun müddət dayanmır.
 
Doğrudur, həmin sənəddə "Astra-Zeneka" qeyd edir ki, TTS həmçinin peyvənlənmə olmadan da və ya istənilən digər peyvənddən də yarana bilər.
 
Trombozun yaranmasının onun preparatının "çox nadir hallarda" yan təsiri ola biləcəyini etiraf edərək, şirkət vurğulayır ki, peyvəndlə TTS arasında səbəb-nəticə əlaqəsi bəlli deyil.
 
"Hər bir ayrıca halda səbəb-nəticə əlaqəsi ekspertlər rəylərinin predmetidir", - şirkət əlavə edib.
 
Hələ 2021-ci ilin martında alimlər peyvəndlə yeni xəstəlik olan "peyvənd induksiya olunan immun trombositopeniya və tromboz" (VIITT) arasında əlaqəni aşkar edib. 
 
İddiaçıların vəkilləri iddia edir ki, VIITT TTS-in bir növüdür, lakin "Astra-Zeneka", hər şeydən göründüyü kimi, ümumiyyətlə bu termini qəbul etmir.
 
Peyvənd haqqında rəsmi məlumat 2021-ci ilin aprelində Böyük Britaniyanın tənzimləyici orqanın razılığı ilə yenilənib və bu məlumatda deyilir ki, "Astra-Zeneka-Oskford"un çox nadir hallarda TTS-in təhrikedici amil olmaq qabiliyyətinə malikdir".
 
Bu ilin fevral ayında aparılan geniş tədqiqat nəticəsində alimlər müəyyən edib ki, "Astra-Zeneka" istehsalçısından "Vaxzeria" preparatı vurulan insanlarda başqalarına nisbətən tez-tez Qiyyena-Barre sindromu aşkar edilir.
 
Bu zaman baş verən nevroloji pozuntu zamanı immun sistem yanlış olaraq periferik sinir sisteminə hücum edir. Alimlər 190 belə patologiya aşkar edib. 
 
Xəstəliyin ortastatistik tezliyini nəzərə alsaq bu rəqəm 66 olmalıdır. Maraqlısı odur ki, belə nəticə heç bir başqa tədqiqatda olmayıb.
 
Xatırladaq ki, koronüvirus pandemiyasının qızğın çağında Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bəyan edib ki, "Astra-Zeneka" peyvəndi "təhlükəsizdir və 18 yaşdan yuxarı insanlar üçün səmərəlidir", yan təsirləri isə "çox nadir hallarda" olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
181
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
23325
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
12796
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
9293
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5580
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5465
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
3994
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3649
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3585
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3378
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3274
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2989
Helikopter qəzası ilə bağlı yeni xəbər
2912
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2722
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2597
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2484
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2263