AZ

Ermənistanda sual doğuran İTTİFAQ: Paşinyan məntiq axtarır, İrəvan isə istəmir ki...

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

"Ermənistan hələ də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olaraq qalır, lakin bu mexanizmlər işləmir və bu, İrəvana yaraşmır.

Publika.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan "Əl-Cəzirə" televiziyasına müsahibəsində bildirib.

Onun sözlərinə görə, KTMT hərbi-siyasi birlik olaraq üzv dövlətlərin sərhədlərini qorumalıdır, bu baş vermir. Buna uyğun olaraq, Ermənistan cəmiyyətində suallar yaranır və Ermənistan disfunksiyalı mexanizmin bir hissəsi olmaq istəmir.

“Biz hələ də KTMT-nin üzvüyük, lakin çalışmalıyıq ki, müəyyən edilmiş bütün mexanizmlər işləsin və buna ehtiyac var”.

Həmin müsahibədə diplomat qeyd edib ki, Rusiya ilə ayrı-ayrılıqda münasibətlərdə müəyyən məsələlər var, o cümlədən tam anlaşma tələb edənlər, lakin onların həlli istiqamətində ölkələr dialoq aparır.

Seçilən
7
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq