AZ

Stadionda siqarət çəkən AFFA nümayəndəsi cəzalandı

Premyer Liqanın 32-ci turu çərçivəsində keçirilən “Qəbələ” – “Kəpəz” görüşündə (0:1) AFFA nümayəndəsi Yavər Rəhimovun davranışları böyük müzakirələrə səbəb olmuşdu.

Belə ki, federasiya rəsmisi əvvəlcə yerli azarkeşlərlə mübahisə edib qalmaqala səbəb olmuş, daha sonra isə qadağan edilmiş bölgədə siqarət çəkmişdi.

AFFA Y.Rəhimovun bu davranışlarına biganə qalmayıb. Əldə etdiyimiz məlumata görə, təcrübəli futbol adamına şifahi xəbərdarlıq edilib və ona daha çox aşağı liqalarda təyinat verilməsini qərar verilib.

Böyük ehtimalla Rəhimovu mövsüm sonuna qədər Premyer Liqa görüşlərində iş başında görməyəcəyik

İdmanxeber.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
Mənbələr
Şərh ()
Bağla