AZ

Maksim Qalkin boykot edildi 

​​​​​​Moskva vilayətinin Rublyovka bölgəsinin sakinləri Rusiyanın məşhur komediya ustası Maksim Qalkini boykot ediblər.

Bakıvaxtı.az xəbər verir ki,  bunu Rusiyalı tanınmış iş qadını Alena Kravets aif.ru-ya müsahibəsində deyib.

Kravetsin sözlərinə görə, Rublyovkanın biznes elitası Qalkini xarici evlərdə korporativ tədbirlərinə dəvət etmək istəmir və etməyəcək.  

“Ölkəmizdə kifayət qədər sənətkarımız var və heç kimin xarici agentləri rubl və ya valyuta ilə dəstəkləmək arzusu yoxdur. Qalkin orda camaatı güldürsün, Puqaçova ilə getdiyi yerdə pul qazansın. Bacarsa, təbii ki”.

Qeyd edək ki, 2022-ci ilin sentyabrında Rusiya Ədliyyə Nazirliyi teleaparıcı və yumorist Maksim Qalkini xarici agent kimi fəaliyyət göstərən şəxslərin reyestrinə daxil edib. Nazirliyin məlumatına görə, Qalkin Ukraynadan maliyyə alaraq siyasi fəaliyyətlə məşğul olub. Elə həmin il sənətçi həyat yoldaşı Alla Puqaçova və uşaqları ilə birlikdə Rusiyadan İsrailə köçüb.

Günəş Mərd

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
Mənbələr
Şərh ()
Bağla