AZ

Maria - Sabir Etibarlının hekayəsi

Kulis.az Sabir Etibarlının "Maria" hekayəsini təqdim edir.


Hissə I- Səslər

Gənc qadın birdən-birə özünü tanımadığı balaca qəsəbədə tapdı. Ətrafda azmərtəbəli binalar, evlərin kiçik həyətləri gözə dəysə də, heç kəs yox idi. Qadın həyəcanla irəliləyib təpəyə doğru gedirdi. Təpənin düz başında orta ölçülü, olduqca qədim, baxımsızlıqdan uçulmuş qəsəbə kilsəsi gözə dəyirdi. Qəsəbə kilsəsinin yanınca qəbiristanlıq salınmışdı. Qadın kilsənin yanında qısaca qalıb qəbiristanlığa yönəldi. Nəsə axtarırdı, ya da nəsə onu çağırırdı. Bir az ətrafda vurnuxduqdan sonra tapdı. Bu, ot basmış, başdaşının yuxarı hissəsinin - xaçının qopduğu qəbr idi. Qadın otları bir az aralılayıb yazını oxudu - Müqəddəs Əzizə Maria. Elə bu an hər şey qaraldı. Qadınhardasansa çıxıb gəlmiş insana bənzər məxluq tərəfindən döyülməyə başladı. Bu məxluq onu yerdən-yerə çırpır, üz-gözünü cımaqlayırdı.
- Maria, dur, Maria, Maria.
- Ahh, - yenə məni boğurdular.
- İndi yaxşısan, götür su iç - Əri Cek Mariaya yatağın yanındakı kiçik şkafın üstündəki qrafinkadan su süzdü.
Maria əsə-əsə sudan içərkən narazılıqla zarıldayırdı:
- Sənə deyirəm ki, bu ev mənə heç yaxşı təsir eləmir. Hər gecə boğuluram...
- Yaxşı da Maria, səni düz 20 ildir tanıyıram. Elə məktəb vaxtından səni boğurlar, - Cek təngə gəlmiş halda cavab verdi.
- Yox, anlamırsan. Bunlar fərqlidir. Lap həqiqətə oxşayır.
- Yaxşı, yaxşı, hər şey keçdi. Mən yanındayam, - Çek bayaqkı soyuq rəftarından sonra Mariadan üzr istəyirmişcəsinə onu qucaqladı.
İkili qucaqlaşıb yatdı...

Səhəri gün Maria yorğun halda işdə - xəstəxana idi. Lap ayaqlarını sürüyüb yeriyirdi. Axır vaxtların yuxusuz gecələri onu əldən salırdı. İynələr, sistemlər, davamlı yoxlamalar, əməliyyatdan çıxmış xəstələrin şıltaqlıqları, narazılıqları onun peşəkar tibb bacısı əsəbləri üçün belə çox olmağa başlamışdı. Saatları saydığı, evə getməyə tələsdiyi vaxt baş həkimin konkret əmri gəldi - Kütləvi avtoqəza səbəbindən ikinci növbə personalı əlavə 4 saat da qalsın. Əlavə 4 saat.
- Deməli, gecə 2-ə qədər burdayam, lənət olsun - Marianın əsəbləri tarım çəkilmişdi. Yuxusuzluqdan başı zoqquldayır, gözləri bağlanırdı. Aşağıdakı depoya düşüb iynələr və bir neçə dərman preparatı götürən zaman kimsə onu səslədi:
- Maria..
Ətrafına baxdı, amma heç kəsi görmədi. Səs bir daha səsləndi:
- Maria, Maria. Qızım, mənə gəl...
- Lənətə gəlmiş kimsə mənlə məzələnir. Ey, gülməli deyilsən - Maria əsəbləşirdi. Amma başından fikirləri atıb yuxarıya - xəstələrin yanına qayıtdı və o bugün başqa qeyri-adi heç nə olmadı.

Hissə II - Görmələr artır

Bir neçə gündən sonra Maria təzədən həmin qəsəbəni yuxusunda gördü. Bu dəfə sanki uçurdu, ya da ki hündür maşında sürətlə gedirdi. Sağ tərəfdə köhnə nişan rahat oxunurdu - Sandford. Maria əvvəlki yuxularda olduğu kimi yenidən qədimi kilsəyə, oradan da qəbiristanlığa getdi. Həmin qəbiri tapıb əlləri ilə it kimi qazmağa başladı. Qazdıqca onu səsləyən səs daha da güclənirdi.
- Maria, qızım. Qaz, daha güclü. Maria, qızım mənə kömək elə.
SəsMariaya dayanmaya icazə vermirdi. Dırnaqları qırılmış, barmaq ucları qanamışdı. Amma dayanmırdı. 5 dəqiqədən sonra çürüməmiş cəsədi tapdı. Elə bil yenicə basdırılmışdı. Amma dəhşətli iy verirdi. Maria bir anlıq yuxuda da iy bilməsindən təəccübləndi. O, təəccüb içində olarkən cəsəd gözlərini açdı və ona əlini uzatdı. Maria qorxu içində geri çəkildi. Cəsəd isə əlini ona uzadır, xırıltı içində danışmağa çalışırdı:
- Maria, qızım...

Dəhşətli qarabasmadan sonra Maria saata baxdı. Saat 5:20 idi. Oyanmağına hələ 1,5 saat var idi. Yata bilməyib tez hazırlaşıb işdən çıxdı, özünü işə atdı. İnandı ki, başı isə qarışsa, hər şey yadından çıxar. Amma səslər onu getdiyi hər yerlə izləməyə başlamışdı.
- Maria, Maria.
Qulaq asmamağa çalışdı. Ta ki sistemə iynə vurmağa girdiyi xəstə otağında qəbirdəki cəsədi ayaqüstə görənə qədər. Anidən qışqırdı. Yataqdakı xəstənin səsi də heç ondan geri qalmamışdı. Maria anladı ki, qaçış yoxdur. Nə olursa-olsun üzləşməli idi. Amma bu üzləşmə adam içində, hamının gözü qabağında olmamalı idi. İşini itirə, hətta həkimlər onun dəli olduğuna inanıb onu dəlixanaya göndərə bilərdilər. Beləcə, Maria məzuniyyət ərizəsini yazıb işdən 2 həftəlik ayrıldı. Qulağında "Maria" çağıran səs ilə yolboyu olub-qurtaranları Cekə necə başa salacağını düşünürdü.

Hissə III - Maria tapılır

Aradan keçən aylar ərzində Maria güclü nevroloji müalicə aldı və qarabasmaları, demək olar ki, yox olmuşdu. Cek ilə münasibəti düzəlmiş, özünü indi daha güclü, enerjili hiss edirdi. Amma həkimlərin nə deməsindən asılı olmayaraq, bir gün belə araşdırmanı saxlamamış, müqəddəs əzizəni qurtarmağın yolunu axtarmışdı.
Bir səhər:
- Cek, axır ki, tapdım, - Maria bütün sevinciylə bağırırdı.
- Nə, nəyi tapdım, əzizim, - Cek gülərüzlülüklə soruşdu.
- Müqəddəs Əzizə Marianı!
- Maria, yaxşı da, axı biz bu məsələni bağlamışdıq. Yenə o vaxtlaraqayıdacaqsan? O qədər müalicə olunmusan.
- Çek sadəcə qulaq as, gör nələr tapmışam. Sadəcə qulaq as, bircə şans ver mənə.
- Of, yaxşı səni dinləyirəm, - Cek könülsüz razı oldu.
- İnternetdə məlumat azdır, amma dövlət kitabxanasında 5 aydır axtarış aparmışam. Axır ki, tapdım.
- 5 aydır? Yəni sən hər dəfə gəzməyə gedirəm deyəndə kitabxanaya gedirdin?
- Hə, amma qulaq as. Gör nələr olub? Sandford Dorsetdə yerləşirmiş.
- Lənət şeytana, Maria. Ora ki, dünyanın qurtaracağıdır. Bir də ki ora ilə sənin nə əlaqən ola bilər ki, - Cek bəzginliyini gizlətmək istəməyərək soruşdu.
- Qulaq asırsan, ya yox?
- Yaxşı, danış görək.
- Deməli, düz 400 il əvvəl düşmən hersoq Sandforda hücum edəndə hamı çarəsizlik içində qalıb. Sandfordun heç bir şansı olmadığına görə əhali təslim olmağa qərar verib. Amma müqəddəs əzizə Maria kilsə qarşısında uzunca danışıb əhalini qorxaqlıqda ittiham edib, insanları döyüşə səsləyib. Amma yenə də məğlub olmaqdan qaça bilməyiblər. Böyük ordu qarşısında yerli əhali tap gətirə bilməyib. Onda Maria kilsəyə qapanıb dua edib, Tanrıdan öz ruhu müqabilində əhali üçün azadlıq istəyib.
- Hə, sonra nə olub?, - deyəsən hekayə Cek üçün maraqlı olmuşdu.
- Duası qəbul olub. Sərkərdə atdan yıxılıb boynunu qırıb, bir gecədə orduya xəstəlik düşüb və qırılıblar. Səhəri gün qəsəbədə əsl bayram olub.
- Bəs Marianın axırı necə olub?
- Onu kilsənin həyətində dəfn ediblər. Maraqlısı odur ki, bu hadisədən sonra da qəsəbəyə ayrı-ayrı vaxtlarda hücumlar olub.
- Demə ki, əzizənin qəbrini dağıdıblar.
- Əlbəttə ki, yox.
- Oh, rahatladım.
- Bütün hücumlar öz-özünə dəf olub.
- Necə yəni?
- Düzü, çox maraqlıdır. Ya hücum əmri verən kral qəfil ölüb ordu geri çağırılıb, ya yolda əskər qiyam qaldırıb. Ya da daha başqa şeylər. Axırda torpağın lənətli olduğuna əmin olub hücumları dayandırıblar.
- Bəs yerli əhali necə olub?
- Belə başa düşdüm ki, yerli əhali halında məmnun olub həmişə. Çünki lənətin, ya da sehrin, necə istəyirsənsə adlandırr, bəlkə də bu möcüzə olub, yerli əhaliyə zərəri olmayıb. Ona görə də əzizəni özlərinə qoruyucu bilib müqəddəsləşdiriblər.
- Belə baxanda məntiqlidir, mən olsam, mən də minnətdar olardım, - Cek məntiq yürütdü.
- Sənə xəzinədən danışdım?, - görünür, Maria Ceki maraqlandırmaq istəmişdi.
- Xəzinə? Nə xəzinə?
- Deyilənə görə, ətrafı talaya-talaya gələn hersoq burada öləndən sonra və ordu da dağılanda toplanmış xəzinə burada qalıb.
- Yəqin ki, camaata onu öz aralarında bölüşüb, - Cek bir daha məntiq yürütdü.
- Mən də elə fikirləşirdim. Amma yox. Əhali əzizənin qəzəbindən qorxub xəzinəni elə onun qəbrinin yanında, ya da içinde basdırıblar.
- Bəs ona heç tamah salan olmayıb bu 400 ildə?
- Konkret rəsmi sənəd tapa bilmədim, amma camaatdan alınan reportajlarda deyilir ki, qəbir qazanlar da elə hersoqun aqibətini bölüşüblər.
- Maria, son bir sual, - Cək təslim olmuş görünürdü.
- Bütün bu lənətə gəlmiş hadisələrlə sənin nə əlaqən var axı?
Maria elə bil bunu gözləyirdi:
- Yadında 4 ay əvvəl demişdin ki, anamgilə gedib dincəlim, yaxşı olacaq mənim üçün.
- Hə, nə olsun ki?
- Tələsmə. Anam da məni aparmışdı nənəmgilə. Nənəmin də köhnə xasiyyətidi axı, köhnə şəkillərigöstərməsə, dayana bilmir. Səncə, nənəmin atasının harada, hansı kilsənin qabağında şəklini tapmışam?
- Yox, ola bilməz.
- Hə, ola bilər. Cek, arada illər sonra əlaqə kəsilib, amma ana tərəfim əslən Sandforddandır. Həm də müqəddəs əzizə Marianın nəslindənik.

Hissə IV - Sandfordda

Cek və Maria Sandforda maşınla 20-30 dəqiqəlik məsafədə hotelə yerləşdilər. Səhəri gün Çek həmişəki kimi deyinirdi, amma bu dəfə haqlı səbəbləri var idi:
- Gicbəsər, burada hamı dəlidir. Səni gətirməmiş dedim ki, bir özüm gedib araşdırım. Nə var, nə var Maria haqqında soruşdum deyə az qala üstümə yeriyəcəkdilər ki, sən gəlməsən, deməli xəzinə dalınca gəlmisən. Hələ kafenin yiyəsi, Adamdı nə zibildisə, hamını qızışdırılmağa başladı. Mən də bir təhər aradan çıxdım.
Maria isə qımışırdı:
- Sənə dedim axı, bura onlar üçün müqəddəsdir.
Cek ciddi halda:
- Yaxşı, indi nə edəcəyik? Axşam gedirik?
- Yox, onsuz da elə indi də qorxuram. Axşam lap dözülməz olar mənim üçün. Nə yaxşı ki, indi müasir dövrdür. Kilsənin indiki keşişinin nömrəsini tapa bildim. Tez yemək ye, gedirik.
1 saatdan sonra keşiş ilə cütlük qarşı-qarşıya idi. Keşiş yaşlı, orta boylu, enlikürək, ağ saç-saqqallı, gülərüz biri idi. Amma cütlüyün bilmədikləri heç bir şey deyə bilmədi. Sadəcə kilsənin 50 il əvvəl restavrasiya olunub istifadə verildiyi və bu qəbildən bir para mənasız sözlər. Daha sözlər cütlük keşişin müşayiəti ilə qəbiristanlığa yollandılar. Keşiş burada qəbiristanlığın tarixinə dair bir neçə şey danışdı:
- Yaxınlıqda iki qəbiristanlıq var. Burada - kilsə həyətinə ancaq müqəddəslər, hörmətli şəxslər, bir də necə deyim varlı yerlilər dəfn olunub, - utandığı görünürdü.
Maria müqəddəs əzizə Marianın qəbrini soruşanda keşiş onları apara-apara davam edirdi:
- Burada həmişə qəribə, gözlənilməz şeylər olur. Əzizə Marianın öldüyü gün burada başqa bir Maria da ölüb.
- Başqa bir Maria da?, - Cek təəccübünü gizlədə bilməmişdi.
Keşiş isə söhbətinin bu gələnlərə maraqlı olduğunu görüb həvəsli formada davam edirdi:
- Deyilənə görə, bu Maria, - ona burada lənətli Maria deyirlər, - qanlı hersoq buraya hücum edəndə ona casusluq edirmiş. Camaat bunu biləndə kilsə işə qarışıb.
- Kilsə onu bağışlayıb insanlara qarşı qoruyub, hə? - Cek sadəlövhlüklə soruşdu.
Keşiş isə bayaqkından daha da bərk qızarıb cavabladı:
- Kilsə, necə deyim, onu cadugərlikdə günahkar bilib yandırdı. Nəşi o biri qəbiristanlıqda basdırılıb. Üstündə də yazılıb - ey lənətli, göylərin, atanın, oğulun və müqəddəs ruhun lənəti sənə olsun!
Arada səssizlik yarandı və əzizənin qəbrinə gedənə qədər heç kəs danışmadı. Əzizənin qəbrinə çatdıqda isə bir müddət yenə də heç kəs danışmadı. Cek yenə özünü saxlaya bilməyib bu dəfə Mariadan xəlfət soruşdu?
- Hə, qazırıq?
Marianın gözləri bərəldi:
- Əlbəttə ki, yox.
- Axı nəsə deyir ki, məni qutar.
- Hə, bilirəm, amma, məncə, o bunu bu formada istəmir.
Keşiş yenə nəsə danışırdı ki, səs Marianın qulağında peyda oldu:
- Geriyə, kilsəyə.
Maria keşiş və ərini bir şeyə daha yaxından baxmaq adı ilə yenidən kilsəyə çəkib apardı. Amma haraya baxmaq lazım gəldiyini bilmirdi, inanırdı ki, onu burada gətirən səs ona yol göstərəcək.
- Oraya, irəli, eyrama yaxınlaş.
Maria yaxınlaşdıqca oradakı daşın bərq vurduğunu görürdü, amma baxışlarından oradakıların bunu görmədiklərindən əmin idi. Göz-qas ilə ərinə başa saldı ki, keşişin fikrini dağıtmaq lazımdı. 5-ə dəqiqədən sonra Cek sözbaz keşişin qıraqda sözə tutanda Maria özü də bilmədən çoxəsrli bölməni açmış və kiçik kitabçanı çıxarmışdı.
Aha artıq getmək vaxtı idi.


Hissə V - Gündəlik

Maria ağzında mırıldanırdı:
- O vaxtın sözlərini tam anlaya bilmirəm, xətt də bərbatdır.
- Ver baxım. Yox, məndə də alınmır, - Cek də ona kömək edə bilmədi.
- Maria, qızım,oxu. Səndə alınacaq. Mənə kömək elə, - səs Marianı hərəkət keçirirdi və budur o oxuyamağa başladı:
- Tanrım, məni bağışla. Mən - sənin aciz qulun, bakirliyimdən imtina etmək istədim. Həm də gör kiminlə? Sənin bakirə Mariadan sonra ən sevimli bəndən ilə, əzizə Maria ilə. O isə məni rüşvay edərcəsinə rədd elədi.Hələ o, o, özünü bizə qurban verdi. Bəs mən həşarat neylədim? Mariaları bilə-bilə dəyişdirdim. Hər il xalq qəbri murdarlayanda bilmirlər ki, bu, elə onların sevimliləri əzizə Mariadır. Ey ulu Tanrı, sənin mərhəmətin məni bağışlamağa çatacaqmı?

- Yəni, o oğraş cənazələri bilə-bilə dəyişdirib?, - Cek dəqiqləşdirmək istədi.
- Hə, elədi, - Maria əsirdi.
- Yaxşı indi nə edirik?
- Qəbirləri dəyişirik!


Hissə VI - Varislərin görüşü

Bir neçə gündən sonra cütlük ilə dostlaşmış keşiş hotel otağında şam üçün onların qonağı idi. Yeyib içdikdən sonra azca söhbət etmişdilər ki, qəfildən keşişin ayaqları, əlləri boşaldı. Gözləri qaralan, gücdən düşən keşiş bir az irəliləyib otaqdan çıxmaq istəyəndə gücü çatmadı. Qışqırmaq istəyəndə isə səsi sözünə baxmadı. Bir neçə on saniyədən sonra özünü yatağa atıb dərin yuxuya getdi.
- Hə, hazırıq?, - Cek yenə yersiz halda soruşdu. Bilirsən də biz həbs olunacağıq.
- O, din adamıdır. Bizi bağışlayıb şikayətçi olmayacaq. Olanları ona sonra danışarıq, - Maria olduqca əmin görünürdü.
- Hə, düzdü din adamıdır. Lənətli Marianı bağışlamayıb yandıranlar, cənazələri dəyişənlər kimi.
- Cek, tanrı xatirinə. Yum ağzını, gedək.

Axşam vaxtının qəbiristanlığa getmək üçün yaxşı fikir olmaması aydın idi. Hələ bir qəbir qazmaq üçün. Hələ əzizə qəbri açmaq üçün. Amma başqa çarə yox idi. Düzü, Cek təkid edirdi ki, bəlkə, bu gündəliyi ictimailəşdirsinlər və bələdiyyə bu işlə məşğul olsun. Maria ilə qəti etiraz edirdi:
- Cek, başa düş. Təlimat dəqiqdir. Mən eləməliyəm. Bunu əcdadıma borcluyam.
- Səni başa düşürəm, səni sevirəm, ona görə buradayam, Cek bütün səmimiyyəti və gücü ilə Mariaya dəstək olmaq istəyirdi.

Qəbiristanlığa çatdıqdan 1 saatdan sonra lazımi qəbri tapmışdılar. Maria işığı tutur, Cek isə qazırdı. Çəlimsiz Cek üçün bu, olduqca çətin idi. Marianın isə səbri tükənirdi, ancaq başqa çarəsi yox idi. Budur, tabut. Onlar qorxa-qorxa tabutu açdılar. Maria elə bilirdi ki, müqəddəs əzizə Marianın bədəni çürüməz. Burada isə ancaq sür-sümük qalmışdı. İkisi də qeyri-ixtiyari xaç çəkdilər. İndi isə hazırlıqlı davranıb plastik torba götürdükləri üçün kiçik bir sevinc hissi duydular. Sümükləri paketə ehtiyatla doldurandan sonra Cek soruşdu:
- İndi nə?
Gedirik kilsə qəbiristanlığına. Mariaları dəyişdirib, ordakını burada təzədən dəfn etməliyik.
Yenidən qəbir açmaq Cek üçün dəhşətli səslənirdi. Ancaq indi etiraz etmək üçün gec idi. Tövşəyə-tövşəyə qəbiristanlığa çatdılar. Əzizə Marianın qəbirinin üstündə yenidən qeyri-ixtiyari xaç çəkdilər. Cek işə başladı. Bir xeyli əlləşəndən sonra hiss etdi ki, sona yaxınlaşır. Daha bir cəhd və budur taxta qapı və giriş. Sən demə, cənazə yeraltı kiçik məqbərə də dəfn olunubmuş. Qapını aralayanda cütlüyü içəri tərəfdən sanki gecədən daha soyuq bir hava vurdu. İkili bir-birlərinə nə edəcəklərini qərarlaşdırmaq istəyirmişcəsinə baxdılar. Razılaşmaq üçün sözə ehtiyac olmadı. Başları isə təsdiq edib içəriyə girdilər. Bura sadəcə divarları iri daşlarla hörülmüş kiçik bir otaq idi. Otağın mərkəzində cənazənin yer aldığı üstü açıq kiçik tikili var yerləşirdi. Xəzinə isə gözə dəymirdi. Fanar işığında Cek və Maria sürətlə sümükləri dəyişdirdilər. Lənətli Marianın sümüklərini torbaya doldurduqdan sonra çıxmaq istəyirdilər ki, haradansa 2 əl silah açıldı. Cek yerə sərildi, budundan və dizindən yaralanmışdı. Atəş açanyaxınlıqdakı kafenin sahibi Adam idi:
- Belə-belə işlər. Mən bilirdim ki, siz gəlmələr axır-əvvələzizənin qəbrini açacaqsınız. İndi isə icazə verin, lənət sizin, xəzinə isə mənim olsun - Cek və Marianın qışqırıqları məhəl qoymayaraq sakit tonda danışırdı.
- Burada xəzinə zad yoxdu, - Maria az qala boğazını cırırdı.
- Necə yəni yoxdur? Var! Mənim ulu sarsaq atam, Marianı dəfn edən keşiş xəzinəni də burada basdırıb. Bizim nəsil nəsillər boyunca bu xəzinəni qoruyub. Belə olan halda daha bəsdi havayı işlədik. Hanı mənim payım?, - indi o, elə də sakit görünmürdü.
Maria və Cek hay-həsir salanda Adam özündən çıxdı və atəş açdı. Xoşbəxtlikdən silah açılmadı. Maria cəsarətini toplayıb Adama hücum etdi. Kiçik boğuşmadan sonra Maria Adamın yumruğunun zərbəsindən yerə sərilmişdi. Cek isə ayağa qalxa bilmirdi. Marianın özünü itirdiyi bir anda arxadan bir səs gəldi:
- Sən, günahkarın toxumu, - Əzizə qana-cana bürünüb işarət barmağı ilə Adamı işarə edirdi. Adam bir anlıq gözlərinə inanmadı, sonra isə diz üstə çöküb rəhm dilədi:
- Göylərin müqəddəs anası, məni bağışla. Ata, oğul və müqəddəs ruh naminə.
Əzizənin isə onu bağışlamaq fikri yox idi. Əcdadının acığını Adamdan çıxmaqda qərarlı idi. Saniyələr içində Adam öz-özünə yanıb kül olarkən Cek və Maria yuxuya gedirdilər.

Səhəri gün itkin düşmüş Adamın elanları paylanarkən keşiş hər iki Marianın qəbri başında dəfələrlə dua oxudu.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
Mənbələr
Şərh ()
Bağla