AZ

"Onların varlığı imkan vermir ki, ermənilər başını qaldırsın" - Ekspert

"Vətən müharibəsində əldə olunan qələbədə Xüsusi Təyinatlı Qüvvələrin rolu böyükdür. Təəssüf ki, faiz baxımından ən çox şəhid və qazilərimiz də onların arasından oldu".

Bunu Bakupost.az-a açıqlamasında hərbi ekspert Azad İsazadə Xüsusi Təyinatlı Qüvvələrin yaradılmasının 25 illiyi haqda danışarkən deyib.

Ekspert qeyd edib ki, ermənilər “Yaşma” adını eşidəndə döyüş mövqelərini qoyub qaçırdılar:

"Təkcə Şuşa əməliyyatı bəs edir ki, ömrümüzün axırına qədər biz Xüsusi Təyinatlıları yada salaq. Ona görə də mən bütün Azərbaycan Ordusunu bu bayram münasibətilə təbrik edirəm. Onların varlığı imkan vermir ki, ermənilər başlarını qaldırsınlar. Çünki düşmən başa düşür ki, bu qüvvə var. Xüsusi Təyinatlıların əlavə "Komando" qrupu da formalaşıb və bu istiqamətdə Azərbaycan Ordusunun inkişafı davam edir".
Vasif Əlihüseyn
BakuPost

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
Mənbələr
Şərh ()
Bağla