AZ

“Şaxtyor” “Dinamo” ilə duel ərəfəsində xal fərqini qorudu - TURUN İCMALI

Buna qədər 11 oyunluq qələbə seriyası yaxalayan “Şaxtyor”un hədəfi “Dinamo” ilə duel ərəfəsində 4 xal fərqini qorumaq idi.

Elitanın debütantı LNZ-nin qapısından 3 top keçirən “şaxtaçılar” bunu bacardılar. Ədalət naminə deyək ki, Çerkassk klubu darmadağına layiq deyildi. Sadəcə, “Şaxtyor”un oyunçularının səviyyəsi və fərdi ustalığı bu hesabı şərtləndirdi.

“Dnepr-1” – “Dinamo” oyunu dramatik axarda keçdi. 88-ci dəqiqədə kiyevlilərin müdafiəçisi Tımçik Oçeretkoya qarşı hədsiz kobud oyuna görə meydandan qovulanda düşünmək olardı ki, 1:1 hesabı dəyişməyəcək. Ancaq “Dinamo” “Aleksandriya” ilə oyunda olduğu kimi, yenə azlıqda qələbə topunu vura bildi. 90-cı dəqiqədə bunu bacaran Vanat kiyevlilərin bu yay avrokuboklarda iştirakını təmin etdi.

“Krivbass” da qitə kuboklarına çox yaxındı. Yuri Vernidubun çalışdırdığı Krivoy-Roq klubu aşkar autsayder “Metallist 1925”i darmadağın etdi.

Turun qalan oyunlarına gəlincə, “Veres”i məğlub edən “Rux” turnir cədvəlində 4-cü pillədə qərarlaşan “Dnepr-1”ə lap yaxınlaşdı. “Minay” premyer-liqada keçirdiyi yubiley – 100-cü oyununda “Çernomorets”i məğlub etdi. “Zarya” – “Obolon”, “Kolos” – “Aleksandriya” oyunlarında qol vurulmadı. Turun dünən keçirilən son oyununda Emin Mustafayevin şərəfini qoruduğu “Polesye” evdə “Vorskla”nı məğlub etdi. Nazarenkonn vurduğu qolun ötürməsini məhz soydaşımız verdi.

26-cı tur
LNZ – Şaxtyor 0:3
Sikan, 40. Sudakov, 62. Eginaldo, 90+2.
Şaxtyor: Riznık, Pedrinyo, Matviyenko, Konoplya, Bondar, Stepanenko, Sudakov, Bondarenko (Qomes, 9), Kevin (Şved, 88), Sikan (Traore, 66), Zubkov (Eginaldo, 66).

Dnepr-1 – Dinamo 1:2
Qutsulyak, 43 – Kabayev, 49. Vanat, 90.
Dnepr-1: Volınets, Adamyuk, Svatok, Miroşniçenko (Hacıyev, 90+2), Lednev, Sarapi, Oçeretko, Pasiç, Rubçinski (Qorbunov, 84), Babenko, Qutsulyak.
Dinamo: Buşan, Popov, Tımçik, Mixavko (Dyaçuk, 66), Vivçarenko, Yarmolenko (Voloşin, 59), Buyalski, Andriyevski (Brajko, 59), Vanat, Şaparenko (Şepelev, 82), Kabayev (Supryaqa, 82).

Krivbass – Metallist 1925 3:0
Zaderaka, 5. Mikitişin, 37. Lunyov, 44.

Minay – Çernomorets 2:0
Korablin, 6. Remenyak, 62.

Rux – Veres 3:1
Slyubik, 48. Talles, 59. Karabin, 65 – Slyubik, 30-öz qapısına.

Zarya – Obolon 0:0

Kolos – Aleksandriya 0:0

Polesye – Vorskla 1:0

Nazarenko, 80.

1. Şaxtyor 25 19 4 2 54-20 61
2. Dinamo 25 18 3 4 59-25 57
3. Krivbass 26 16 6 4 47-25 54
4. Dnepr-1 26 12 9 5 36-25 45
5. Rux 26 11 11 4 39-27 44
6. Polesye 26 12 6 8 32-26 42
7. LNZ 26 8 8 10 25-31 32
8. Vorskla 26 8 6 12 23-38 30
9. Kolos 25 6 11 8 18-19 29
10. Çernomorets 25 9 2 14 34-36 29
11. Zarya 25 6 9 10 25-32 27
12. Aleksandriya 26 6 8 12 22-34 26
13. Obolon 26 4 10 12 16-35 22
14. Veres 25 4 8 13 23-38 20
15. Minay 26 3 10 13 20-40 19
16. Metallist 1925 26 4 7 15 25-47 19

Bombardirlər: Vanat (Dinamo) – 13, Buyalski (Dinamo), Qutsulyak (Dnepr-1), Sikan (Şaxtyor) – 9.
Növbəti turun oyunları mayın 4-6-sı aralığında keçiriləcək: Aleksandriya – Rux, Obolon – LNZ, Metallist 1925 – Vorskla, Polesye – Zarya, Dinamo – Kolos, Şaxtyor – Çernomorets, Dnepr-1 – Krivbass, Veres – Minay.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
18369
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
11885
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5374
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5281
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
4275
Rəisi öldü, Pakistanda matəm elan edildi
3742
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3291
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3230
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3033
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2790
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2669
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
2620
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2377
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2276
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2263
Hidayət Heydərov dünya çempionu oldu
2026
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1924