AZ

Formula 1-in konsert proqramında Stinq və Eminem olacaq

Ostində builki yarışa biletlərin tam satılacağını əminliklə söyləmək olar. Son illər Amerikanın Formula 1 sevgisini nəzərə alsaq, tribunalrda anşlaq olacağını təxmin etmək mümkündür.

Mərhələni maraqlı edən amillərdən biri də həmin həftə sprintin olmasıdır. Ancaq təşkilatçılar bununla da kifayətlənməyiblər. Onlar yarışın mədəni proqramına iki meqaulduzu da daxil ediblər. ABŞ qran-prisinin şou-proqramında Stinq və Eminem yer alacaqlar.

Cümə günü axşam Stinq əsas hitlərini ifa edəcək, ertəsi gün “Circuit of Americas”ın əsas konsert məkanında onu Eminem əvəz edəcək.

Ən vacibi isə odur ki,  Eminem hələ çıxmamış yeni albomu “The Death of Slim Shady”dən (Coup de Grace) mahnılarını ifa edəcək.

Stinq ötən ilin avqustunda Ostində çıxış edib. Eminem isə 10 ildir ki, Texasın paytaxtında olmayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
Mənbələr
Şərh ()
Bağla