AZ

Bu üsulla ömrünüzü 5 il artıra bilərsiniz - FOTO

Aparılan yeni araşdırmalardan sonra sağlam həyat tərzi sürməyin ömrü 5 il artırdığı məlum olub.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, bəzi insanlar genetik olaraq qısa ömürə malik olurlar.

Yaşayış tərzi, siqaret çəkmək, spirtli içki qəbul etmək və idman bir insan ömrününün uzun ya da qısa olmasında mühüm rol oynayır.

Bu zamana qədər bir çox araşdırmalar aparılıb. Lakin sağlam həyat tərzinin ömrü 5 il artırdığı və genetik faktorlar üzərində tarazlıq yaratması barədə araşdırma ilk dəfə aparılıb.

Uzun müddət davam edən tədqiqatlar sağlam həyat tərzinin ömrü qısaldan genlərin təsirini yüzdə 62 faiz tarazladığını və ömrü 5 il artırdığını müəyyən edib.

Mütəxəssislər sağlam həyat tərzinin şanslı genetikadan daha əhəmiyyətli olduğunu vurğulayırlar.

Əgər bir insan qeyri-sağlam həyat tərzi sürürsə və genetik olaraq qısa ömürə malikdirsə onun ölüm şansı sağlam həyat yaşayan və genetik olaraq ömrü uzun olan adamlara nisbətən iki dəfə artıqdır.

Qısa genetik ömür anlayışını sağlam həyat tərzi sürərək yüzdə 62 faiz tarazlamaq mümkündür. Uzun ömür yaşamağın formulu heç siqaret çəkməmək, qaydalı şəkildə idmanla məşğul olmaq, normal yuxu rejimi və sağlam qidalanmaqdan ibarətdir. 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
Mənbələr
Şərh ()
Bağla