AZ

"Süni intellekt" dərsliyi 4 dildə

Professor Rafiq Əziz oğlu Əliyevin elmi rəhbərliyi ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və Daşkənd Dövlət Texniki Universitetinin (TSTU) birgə müəlliflər kollektivi tərəfindən tələbələr üçün “Süni intellekt” dərsliyi hazırlanmışdır: Yusupbekov, N.R., Əliyev, R.Ə., Əliyev, Rafiq R., Yusupbekov, A.N. (2024). Süni intellekt. Marifat, Daşkənd, 2024, s.556.
 
Bu nəşr mövcud olan S.Rassellin "Süni intellekt" və C.C.Aggarvalın "Süni intellekt" dərsliklərindən fərqlənir. Sözügedən  hər iki dərslikdə əsas diqqət “sərt” hesablamalar metodologiyasına, o cümlədən simvolik məlumatların emalına və klassik 1-ci tərtib məntiqinə yetirilir. Təqdim olunan yeni dərslik isə qeyri-səlis məntiq, hibrid sistemlər və s. kimi “yumşaq” hesablamalara əsaslanan müasir yanaşmalara fokuslanır. Dərslik həmçinin Süni İntellektin (Sİ) tətbiqlərinin yeni -  böyük verilənlərini, Əşyaların İnterneti (Əİ) və “Sənaye 4.0” kimi sahələrini əhatə edir. 
 
Dərslik 13 fəsildən və bir qlossaridən ibarətdir.  Problemin həlli, biliklərin idarə edilməsi, məlumatların əldə edilməsi, yumşaq hesablamalar və neyrokompütinq, maşın öyrənməsi, təbii dillərin işlənməsi, qərarların qəbulu, ekspert sistemləri, robototexnika, bulud hesablamaları və Əİ kimi süni intellektin müasir nəzəriyyə və təcrübələrini əhatə edir. 
 
Sadədən mürəkkəbə doğru üslubda təqdim olunan materiallar aparıcı universitetlərin tədris proqramlarına və toplanmış beynəlxalq təcrübəyə, mürəkkəb problemlərin həllində Sİ nəzəriyyəsinin inkişafının müasir tendensiyalarına uyğundur.
 
Dərslik “Süni intellekt”, “Avtomatlaşdırma və idarəetmə”, “Kompüter elmləri” istiqamətləri və ixtisasları üzrə təhsil alan tələbələr, eləcə də qeyri-müəyyənlik şəraitində intellektual sistemlərin inkişafı və qərarların qəbulu ilə bağlı ixtisaslar üçün nəzərdə tutulub.
 
Dərslik müxtəlif ölkələrdən süni intellekt sahəsində çalışan tədqiqatçılar tərəfindən müsbət rəylər alıb.
 
Hazırda Özbəkistan Respublikasının “Mərifət” nəşriyyatı tərəfindən tələbələr üçün dərsliyin rus nəşri buraxılıb, azərbaycan, özbək və ingilis dillərindəki variantları çapa hazırlanır.
 
Əziz Nuriyev
Texnika üzrə fəlsəfə doktoru
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
138
45
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
16453
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
11678
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5317
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5233
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
3673
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3222
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3194
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
2992
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2722
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2662
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
2438
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2368
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
2325
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2263
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2252
Hidayət Heydərov dünya çempionu oldu
2019
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1877