AZ

Türkiyənin "Togg" avtomobili zirehləndi

Türkiyənin ilk yerli avtomobili "Togg" zirehlə müdafiə olunur.

Bakıvaxtı.az "TRT Haber"ə istinadən bildirir ki, yüksək güclü silahlardan qorunmanı təmin edən "Togg" üçün BR4 səviyyəli zireh tətbiq olunub.

Məlumata görə, avtomobilin əsas hissələri zirehli poladdan hazırlanıb. Silah güllələrinə qarşı müdafiəsi olan zireh 45 kalibrə qədər dayanıqlıdır. Bu zireh təkcə güllə təhdidlərinə və hücumlara qarşı deyil, həmçinin yarış maşınlarında roll bar sistemi kimi avtomobilin təhlükəsizliyini təmin edə bilər.

Eyni zamanda avtomobilin qapılarında kosmos araşdırmalarında və hərbi məqsədlər üçün istifadə edilən aramid panellərdən istifadə olunub. Təkərlərdə isə "run flat" adlanan texnologiyaya üstünlük verilib. Bu texnologiya uzun məsafəni daha tez qət etməyə imkan yaradır.

Gülşən Şərif

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
Mənbələr
Şərh ()
Bağla