AZ

Yay tətil fəslidir: Bəs Azərbaycanda vətəndaş gəliri ilə istirahətə gedə bilir? -Açıqlama

Yay tətil fəslidir: Bəs Azərbaycanda vətəndaş gəliri ilə istirahətə gedə bilir? -Açıqlama

Yay mövsümü yaxınlaşdıqca rayonlara və xaricə istirahət etmək istəyənlərin sayı da artır. Turizm şirkətləri müxtəlif istiqamətlər üzrə yay tur paketlərini satışa çıxarıb.
Mövcud bazar qiymətləri ilə hesablandıqda istirahət üçün ailənin bir üzvünə minimum min manata yaxın məbləğ lazımdır. İstirahətin məkanı müddəti dəyişdikcə vəziyyət daha da mürəkkəbləşir. Bəs Azərbaycanda vətəndaşların gəlirləri tətil etməsinə imkan verirmi?

Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli Sonxeber.az-a açıqlama verib.

İtiadçı bildirib ki, Azərbaycan vətəndaşlarının böyük əksəriyyəti tətillərə vəsaitlərinin çatacağını düşünmürəm:

"İlk olaraq onu deməliyik ki, tətil yerlərinə görə qiymətlərdə fərqli olur. İnsan var ki, tətil zamanı rayona öz və ya qohumunun evinə istirahətə gedə bilər. Bu zaman təbii ki onun xərci o dərəcədə yüksək olmayaq. Bəziləri rayonda oteldə qalmağın tərəfdarı olur. Bir sözlə tətildən-tədilə, eyni zamanda tətilinmüddətinə görə qiymətində də fərq var. Amma yay tətilində xaricdə dincəlməkdən söhbət gedirsə bu zaman qiymətlər də artır. Misal üçün Türkiyədə ailəvi dörd nəfərlik tətil 3-4 min dollara başa gəlir. Bu isə kifayət qədər yüksək məbləğdir. Azərbaycan vətəndaşlarının böyük əksəriyyəti bu cür tətillərə vəsaitlərinin çatacağını düşünmürəm"

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
111
50
Mənbələr
Şərh ()
Bağla