AZ

Qərb Gürcüstanda növbəti imtahanı uğurla verəcək?

Cənubi Qafqazda sülh, təhlükəsizlik və əməkdaşlıq region ölkələrində sabitlikdən, istiqrardan, bir-birinə münasibətdən asılıdır. Bölgədə beynəlxalq güclərin maraqlarının toqquşması isə problemlər yaradır.

Gürcüstanda son zamanlar baş verənlər bunun nəticəsi sayıla bilər. Ölkə parlamentində “xarici agent” statusu ilə bağlı qanun layihəsi müzakirə olunur.

Bu nədir? Niyə ona etiraz edirlər? “Xarici agent” statusu xarici qüvvələrin dəstəyini alanlara, yaxud onların “nüfuz dairəsi” altında olanlara deyirlər. Keçmiş sovet məkanında bununla bağlı qanun ilk dəfə 2012-ci ildə Rusiyada “Qeyri-kommersiya təşkilatları haqqında” qanunda meydana çıxıb. Bir müddət sonra Rusiyada “xarici agent” haqqında qanun qəbul olunub. Bununla da ölkə ərazisində demokratiya, insan hüquqları, media azadlığı və başqa bu kimi sahələr üzrə fəaliyyət göstərərək xaricdən maliyyələşən QHT-lər ya bağlanıb, ya da “xarici agent” haqqında qanun tələblərinə uyğun olaraq öhdəliklərə əməl edəcəklərinə razılıq veriblər.

Bu qanun vasitəsi ilə xaricdən qrant alan qeyri-hökumət təşkilatlarının fəaliyyətinə nəzarət edilir. Beynəlxalq ictimaiyyət bunu insan hüquqlarının məhdudlaşdırdığı üçün tənqid edirlər.

Yeri gəlmişkən, “xarici agent” haqqında qanun 1938-ci ildə ABŞ-də qəbul edilib. “Xarici Agentlərin Qeydiyyatı Aktı” (FARA) adlanan qanuna əsasən, Ştatlarda xarici güclərin maraqlarını - “siyasi və ya kvazi-siyasi” səviyyədə təmsil edən belə şəxslər xarici hökumətlə əlaqəli fəaliyyətləri, münasibəti və maliyyə barədə məlumatları açıqlamalıdır. Qanunun məqsədi hakimiyyətin və Amerika xalqının belə şəxslərin bəyanatlarına, hərəkətlərinə qiymət verməsini asanlaşdırmaqdır. O, ABŞ Ədliyyə Departamentinin Milli Təhlükəsizlik Departamentinin Əks-kəşfiyyat və İxracın Mühafizəsi Bölməsi tərəfindən idarə olunur.

Məlum “Xarici təsirlərin şəffaflığı haqqında” qanun layihəsi aprelin 29-da Gürcüstan parlamentinin Hüquq Komitəsində 10 saatlıq müzakirədən sonra ikinci oxunuşda qəbul edilib. Müxalifət iddia edib ki, bu “Rusiyada qəbul olunan” sənədin eynisidir. Qanun layihəsində illik gəliri 20 faizi xaricdən gələn qeyri-hökumət təşkilatlarının və KİV-lərin qeydiyyata alınması, illik bəyannamənin doldurulması tələb olunur. Layihəyə əsasən, onların fəaliyyətinə heç bir məhdudiyyət qoyulmur.

ABŞ, Avropa İttifaqı, BMT, NATO, Avropa Şurası və Qərb dövlətlərinin ayrı-ayrı liderləri qanunun qəbul edilməməsi ilə bağlı rəsmi Tbilisiyə müraciət edib.

Gürcüstan hakimiyyəti isə onların tənqidini anlaşılmaz adlandıraraq, ABŞ, İsrail və Avstraliyada artıq xaricdən maliyyələşmənin şəffaflığı ilə bağlı qanunların olduğunu, belə qanun layihələrinin Avropa İttifaqında və Fransada nəzərdən keçirildiyini vurğulayıb.

Hakimiyyət qanun layihəsinin xalq tərəfindən dəstəkəndiyinin nümayiş etdirmək məqsədi ilə aprelin 29-da parlamentin binası qarşısında mitinq keçirib. Aksiyada hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının fəxri sədri və təsisçisi Bidzina İvanişvili çıxış edərək deyib ki, “Qlobal Müharibə Partiyası” NATO və Avropa İttifaqına həlledici təsirə malikdir, Gürcüstan və Ukrayna isə bunun üçün top yemidir. O, Buxarest sammitində Gürcüstan və Ukraynanın Şimali Atlantika Alyansına üzv olacağına dair vəd verilsə də, bunun baş vermədiyini və onların taleyin ümidinə buraxıldığını vurğulayıb.

“Xarici agentlər” haqqında qanun qəbul edilərsə, Avropa İttifaqının qapıları Gürcüstanın üzünə bağlanacaq kimi fikirlərə milli televiziyaya müsahibəsində münasibət bildirən B. İvanişvili deyib ki, 2030-cu ildə ölkəsi quruma üzv olacaq.

O, Qərbi ittiham edərək bildirib ki, 2008-ci ildə Gürcüstanı Rusiyaya qarşı qoyublar: “ 2014 və 2022-ci illərdə isə Ukraynanı daha pis vəziyyətə saldılar”.

Baş verən hadisələr ölkədə Qərblə Rusiyanın maraqlarının mübarizəsinin davam etdiyini deməyə əsas verir. Ötən illər ərazində Qərb Gürcüstana yeni nəsə verə bilməyib. “Demokratların Çe Gevarası” – Mixael Saakaşvili hələ də həbsdədir. Separatçılar öz “müstəqilliklərini” elan edib və mövcudluqlarını qoruyur, Rusiyanın nüfuz dairəsində yaşayırlar. Rusiya ilə Gürcüstan arasında əlaqələrin kəsilməsi ölkə iqtisadiyyatını bonus və qrantlardan asılı vəziyyətə salıb. Bu isə iqtisadiyyatın inkişafının qarşısını alan səbəblərdəndir.

Odur ki, hakimiyyət Rusiya ilə münasibətləri bərpa etmək xəttinə üstünlük verir. Onlar hesab edir ki, Qərblə əməkdaşlıq Gürcüstanı iqtisadi, siyasi və ərazi bütövlüyünü təmin baxımından geri salıb.

Yeri gəlmişkən, oxşar təcrübə Ermənistanda da həyata keçirilməkdədir.

Gürcüstan və Ermənistan Qərbə meyillənib, lakin onlar Rusiyaya müqavimət göstərməkdə çox zəifdirlər. Qərb blokunun isə hazırkı şəraitdə Gürcüstandakı müxalifəti müdafiəsi uğurlu sayılmır.

Çıxış yolu parlament seçkilərində tərəflərdən birinin (hakimiyyət və müxalifətin) uğurundan asılıdır. Qeyd edək ki, bu il oktyabrın 26-də ali qanunverici orqana növbəti seçkilərin keçiriləcəyi gözlənilir. “Xarici agent” qanunu ilə bağlı etiraz aksiyaları bu siyasi kampaniyaya baş məşq də sayıla bilər. Odur ki, hakimiyyət və müxalifət bu payız derbisindən əvvəl qüvvələri yoxlayır. Bu həm də Gürcüstanda qərb və şimalın maraqlarının təminin göstəricisi ola bilər. Hadisələr hələ ki ölkədə tərəflərin güc toplaması ilə müşayiət edilir. Nəticənin Cənubi Qafqazda sabitlik, təhlükəsizlik, əməkdaşlığa uğur gətirəcəyinə ümid etmək istərdik. Çünki Qərb 2008-ci ildən sonra Gürcüstanda yenidən imtahan verəcək.

Sədrəddin SOLTAN

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
21073
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
12118
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
6142
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5421
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5355
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
3825
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3418
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3273
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3114
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2856
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
2836
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2681
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2393
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2315
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2263
Hidayət Heydərov dünya çempionu oldu
2034
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1975