AZ

Paşinyan Putinin andiçməsinə GETMƏYƏCƏK: Ermənistanı hansı cəza GÖZLƏYİR?

“Kremlin də buna uyğun olaraq İrəvanla bağlı yeni siyasi xətti formalaşıb”.

Bunu Yenicag.az-a açıqlamasında Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinin andiçməsində iştirak etməyəcəyi ilə bağlı İrəvannın verdiyi qərara Kremlin reaksiyasından danışan müstəqil siyasətçi Qulamhüseyn Əlibəyli deyib.

Onun sözlərinə görə, Paşinyanın Putinin andiçməsinə iştirak edib-etməməsinin Rusiya üçün heç bir əhəmiyyəti yoxdur.
“Çünki baş nazir Rusiyadan uzaqlaşmaq, Qərbə inteqrasiya etmək mövqeyini çoxdan ortaya qoyub. Kremlin də buna uyğun olaraq, İrəvanla bağlı yeni siyasi xətti formalaşıb. Artıq nə Azərbaycana qarşı, nə də beynəlxalq müstəvidə Rusiya Ermənistanı müdafiə etmir. Yəni Paşinyanın iştirakı, yaxud iştirak etməməyi münasibətlərdə heç bir dəyişikliyə səbəb olmayacaq”, – deyə o bildirib.
Eyni zamanda, o qeyd edib ki, Kremlin İrəvana qarşı təsir rıçaqları çox olsa da, nəticə əldə edə bilməyib:

“Ermənistandakı revanşist qüvvələr ciddi irəliləyiş qazanmayıb. Bu, həm erməni cəmiyyəti, həm də Rusiyanın təsir imkanlarının zəifləməsi ilə əlaqələndirilə bilər. Bir sözlə, Rusiya və Ermənistan arasında olan hazırkı münasibətlər dəyişməz olaraq qalacaq. Paşinyanın bu qərarı ilə bağlı Rusiyanın hər hansı cəza metodundan istifadə edəcəyi düşünülmür”.

Nəsimi Ələsgərli

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
50
Mənbələr
Şərh ()
Bağla