AZ

İctimai birlik sədri dövlət agentliyini məhkəməyə verdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi məhkəməyə verilib.

"Ölkə.Az" xəbər verir ki, Zeynalova Almaz Mütəllim qızı Agentliklə bağlı iddia qaldırıb.

Məhkəmə işinin mahiyyəti açıqlanmayıb.

İşə hakim Ülkər Həsənovanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, A. Zeynalova "Şəhid Ailələrinə Sosial Dəstək" İctimai Birliyinin sədridir.

Könül
Ölkə.Az

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
19
Mənbələr
Şərh ()
Bağla