AZ

Denzel Dumfris: “Bu posteri tutmaq mənim səhvim idi”

“İnter”in niderlandlı sağ yarımmüdafiəçisi Denzel Dumfris “neradzurri”nin çempionluğunu qeyd edərkən yol verdiyi davranışından məyus olub.

Arena.az xatırladır ki, söhbət Dumrisin “İnter”in çempionluğunu üstüaçıq avrobusda qeyd etdiyi zaman, üzərində “Milan”ın fransız sol cinah müdafiəçisi Teo Ernandesin köpək kimi zəncirdə təsvir edildiyi posteri başı üzərinə qaldıraraq çılğıncasına yellədiyi məqamdan gedir.

Daha əvvəl məlum olub ki, FIFA, bu hoqqası ilə bağlı Dumfrisin barəsində araşdırma aparacaq və çox güman ki, futbolçunu cərimələyəcək.

“Dünən mənim üçün, bütün oyunçular və klubdakı hər kəs üçün ən yaxşı gün idi. Yürüşə minlərlə gəlmiş azarkeşlər çox sağ olsunlar. Hamınızla qeyd etmək əla idi, bu, komanda üçün çox şey deməkdir.
Yürüş zamanı nalayiq şəkil təsvir edilmiş pankart tutmuşdum. Mən futbolda rəqabəti sevən oyunçuyam. Bu, istənilən oyunun ən vacib hissəsidir. Mən başa düşürəm ki, bu posteri tutmaq mənim səhvim idi. Bu, heç də ağıllı deyil.

Gəlin diqqətimizi Milan “İnter”inin indiyədək ən inanılmaz mövsümünə yönəldək. Bu mövsümdə göstərdiyiniz dəstəyə və dünənki şənliklərə görə sizlərə bir daha təşəkkür edirəm, onları heç vaxt unutmayacağam”, – Dumfris sosial şəbəkələrdə paylaşıb.

Denzel Dumfris “İnter”ə 2021-ci ilin avqust ayında 14,25 milyon avro məbləğ müqabilində “PSV Eyndhoven”dən keçib. Yarımmüdafiəçinin “neradzurri” ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Dumfris “İnter”in heyətində 33 oyuna çıxıb, 3 qol vurub, 6 məhsuldar ötürmə verib. Dumfrisin “neradzurri”nin heyətində çıxışının ümumi mənzərəsi belə təsvir yaradır: 129 oyun, 10 qol, 20 məhsuldar ötürmə.

Denzel Dumfris 2018-ci ilin oktyabrında debüt etdiyi Niderland yığmasının heyətində 52 oyuna 6 qol, 15 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermakrt” internet-portalı 28 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 27 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
Mənbələr
Şərh ()
Bağla