AZ

Azad Gözəlov: Azərbaycanda avarçəkmə və kanoenin fəaliyyətini genişləndirmək niyyətindəyik

Mingəçevir, 30 aprel, AZƏRTAC

“Ölkəmizdə avarçəkmə yarışlarına maraq olduqca artıb. Sevindirici haldır ki, bir çox insan parada baxmaq üçün şəhərin mərkəzinə üz tutub”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov Ümummilli Lider Heydər Əliyevin 101-ci ildönümünə həsr edilən avarçəkmə üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasından əvvəl jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, yarışın keçirilməsində əsas məqsəd gəncləri bu idman növü ilə məşğul olmağa təşviq etmək və idmanın kütləviliyini artırmaqdır: “Belə turnirlər perspektivli idmançıların üzə çıxması üçün də şərait yaradır. Olduqca çətin idman növüdür. Lakin bundan sonra da avarçəkmə və kanoenin fəaliyyətini genişləndirmək niyyətindəyik. Bunun üçün geniş su hövzəsi lazımdır. Təbii ki, hazırda ölkəmizdə hər cür şərait var. İnanıram ki, buna nail olacağıq. Çünki Mingəçevir respublikanın ən inkişaf etmiş şəhərlərindən biridir. Artıq sadəcə Azərbaycan deyil, bütün dünya Mingəçevirdə bu idman növünün inkişaf etdirilməsi üçün mükəmməl bazanın olmasından xəbərdardır. İnkişaf üçün gələcəkdə də bütün lazımi addımlar atılacaq”.

Qeyd edək ki, mayın 1-3-də keçiriləcək “Prezident Kuboku” reqatası ardıcıl ikinci ildir Avropa Kanoe Assosiasiyasının (ECA) rəsmi təqvim planına daxil edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
Mənbələr
Şərh ()
Bağla