AZ

Avtobuslar vaxtaşırı TƏMİZLƏNİR? - Açıqlama

Avtobuslar vaxtaşırı TƏMİZLƏNİR? - Açıqlama

Bəzən marşrut və avtobuslarındakı antisanitariya ilə bağlı narazılıq edən sərnişinlərlə rastlaşırıq. Yay aylarında sərnişinlərin səhhəti üçün vacib olan əsas amillərdən biri təmizlikdir. Bəs ictimai nəqliyyatdan bu təmizliyə riayət edir?

Məsələ ilə bağlı nəqliyyat üzrə ekspert Ərşad Hüseynov Sonxeber.az-a açıqlama verib.

O bilidirb ki, ictimai nəqliyyatda gi̇gi̇yena və sani̇tar normalara ri̇ayət olunmasa, bunun çox ciddi fəsadları ola bilər:

"İctimai nəqliyyatda gigiyena məsələləri mühüm əhəmiyyət verilməlidir. Çünki bu əhalinin sağlamlığı ilə bağlı məsələdir. İctimai nəqliyyat əhalinin sıx kompakt olduğu mühitdir. 2019-cu ildən başlayan pandemiya da bunu göstərdi ki, gi̇gi̇yena və sani̇tar normalara ri̇ayət olunmasa, bunun çox ciddi fəsadları ola bilər. Bunun ən başlıca xüsusiyyəti isə təmizlikdir. Həm mexaniki təmizlikdən, həm də müxtəlif dezinfeksiyalardan istifadə olunmalıdır.

Hazırda ictimai nəqliyyatdakı təlimata görə avtobuslar hər gün mexaniki təmizlənir. Yəni ən azından avtobusların içi süpürülməli və silinməlidir. Dövrü və sanitariya-epidemioloji şəraitdən asılı olaraq avtobuslar həmçinin dezinfeksiya olunmalıdır. Həftədə bir və ya iki həftədən bir bu proses edilməlidir. Amma gündəlik reysdən sonra avtobus mütləq təmizlənməlidir. Növbəti gün avtobus yola çıxdığı zaman təmiz olmalıdır. Gün ərzində sərnişinlərin üzərini çirkləndirəcək bir hal yaranıbsa, o dərhal aradan qaldırılmalıdır".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
Mənbələr
Şərh ()
Bağla