AZ

"Qarabağ"ın növbəti potensial rəqibi bilindi

"Qarabağ"ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində növbəti potensial rəqibi müəyyənləşib.

Futbolpress.az xəbər verir ki, Ağdam təmsilçisinin 5-ci potensial rəqibi "Dinamo" (Minsk) olacaq.

Belarus təmsilçisi səpələnməmişlər səbətində yer alacaq. Buna qədər bu səbətdə "Ordabası" (Qazaxıstan), "Panevejis" (Litva), "Vikinqur" (İslandiya) və "Virtus" (San-Marino) komandaları yer almışdı.

5 klubun isə hansı səbətdə yer alacağı qeyri-müəyyəndir. Bunlar RFS (Latviya), "Dinamo" (Batumi, Gürcüstan), "Selye" (Sloveniya), "Hamrun" (Malta) və "Larne" (Şimali İrlandiya) kollektivləridir.

Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü iyunun 18-də atılacaq

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
Mənbələr
Şərh ()
Bağla