AZ

"İnter" iki futbolçusu ilə müqaviləni uzadır

style='margin-bottom:10px;'>

"İnter" futbolçuları Françesko Açerbi və Nikolo Barella ilə yeni müqavilə imzalamağa hazırlaşır.

QOL.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.

Klub rəhbərliyi 36 yaşlı müdafiəçi və 27 yaşlı yarımmüdafiəçi ilə yeni sözləşmə imzalamaqla bağlı razılığa gəlib.

Açerbi ilə müqavilə bir il müddətinə - 2026-cı ilin yayına qədər uzadılacaq, Barrelanın sözləşməsi isə 2029-cu ilin yayına kimi hesablanacaq. Eyni zamanda, Nikolonun maaşı hər mövsüm üçün 7 milyon avroya yüksələcək.

Cari mövsümdə Açerbi 36 oyun keçirib, 3 qol vurub və 2 qolun ötürməsini verib. Barella 44 matçda 2 qol vurub və 7 qol ötürməsi edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
1
Mənbələr
Şərh ()
Bağla