AZ

Afət Fərmanqızının apellyasiya şikayəti təmin edilmədi

Müğənni Afət Fərmanqızının apellyasiya şikayəti təmin edilməyib.

Teleqraf.com xəbər verir ki, bu haqda xalq artisti Flora Kərimovanın vəkili Xavər Həsənova məlumat verib:

"Bakı Apellyasiya Məhkəməsində Afət Fərmanqızının apellyasiya şikayətinə baxıldı. Şikayət təmin edilmədi".

Qeyd edək ki, Flora Kərimova ilə Afət Fərmanqızı arasında məhkəmə çəkişməsi davam edir. Müğənni Afət Fərmanqızının vəkili mayın 13-də Nərimanov Rayon Məhkəməsinin qərarından Bakı Apellyasiya Məhkəməsinə şikayət etmişdi.


Müəllif: Rəqsanə Həsənova

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
4
Mənbələr
Şərh ()
Bağla