AZ

Ədalət Verdiyev: “Bu Azərbaycan tərəfinin böyük etirazı ilə qarşılanacaq”

Ermənistan Parlamentinin deputatı Anna Qriqoryan  İrana səfər edib. O səfərdə İRNA-ya verdiyi  müsahibəsində qeyd edib ki, Ermənistanla İran arasında hərbi sazişin imzalanmasının tərəfdarıdır və bu mümklündür.

Azərbaycanla-Ermənistan arasına sülh gündəminin aktual olduğu bir dönəmdə bu Ermənistan və İranın belə bir addımı realdırmı?

Məsələyə münasibət bildirən hərbi ekspert Ədalət Verdiyev hesab edir ki, Ermənistan indiyə kimi bir çox ölkələrlə, hətta hərbi blok sayılan KTMT ilə  təhlükəsizlik sahəsində çoxsaylı  müqavilələr bağlayıb:

“İmzalanan  bu müqavilələrdən heç biri  Ermənistanı işğalçı siyasətini davam etdirməyə imkan vermədi. Hazırkı zamanda Ermənistan hərbi mütəffiq kimi dünyanın heç bir ölkəsi üçün önəm kəsb etmir. Sadəcə Ermənistanın yerləşdiyi coğrafi məkana və ondan qonşulara qarşı istifadə məsələsi çox asan proses olduğu üçün Ermənistana bəzi ölkələr maraq göstərirlər”.

Həmçinin ekpert sözü gedən sazişinin bağlanacağını real görmədiyini qeyd etdi:

“Mən inanmıram ki, İran Ermənistanla hərbi müqavilə bağlamağa razı olsun. Bu Azərbaycan tərəfinin böyük etirazı ilə qarşılanacaq. Çünki İran islam ölkəsi olaraq islam dəyərlərinə hörmət etməyən, məhv edən, 30 ildən artlıq islam məbədlərini darmadağın edən, 13.500 kv\ m ərazidən müsalmanları  qovan və talayan edən  bir ölkə ilə hərbi müqavilə imzalaması Azərbaycanın İranla münasibətlərinin pozulmasına gətirib çıxracaq. Bu da öz növbəsində Azərbaycanın adekvart addımlar atamağa yönəldəcək”.

Ədalət Verdiyev bu sazişi uğursuz addım kimi qiymətləndirib:

“Ermənistan tərəfindən  İrana hərbi sazişin imzalanması təklifinin verilməsi  Paşinyan hakimiyyətinin şər qüvvələrin alətinə çevirmək üçün atdığı uğursuz addım kimi dəyərləndirə bilərik. İndiyə qədər Azərbaycan qarşı hərbi ittifaqlar, sazişlər  imzalayan Ermənistan  hazırda tarixinin  ən ləyaqətsiz dövrünü yaşayır. Ermənitanın düşdüyü bu vəziyyətdən heç bir sazişlər də xilas edə bilməyəcək”.

Emin ŞİRVANZADƏ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
Mənbələr
Şərh ()
Bağla