AZ

Əlindəkı qılıncla iki polisi yaraladı – Londonu şoka salan olay

İngiltərənin paytaxtı Londonda şəhər sakinlərini şoka salan olay yaşanıb. Belə ki, əlində qılınc olan şəxs ətrafdakılara böyük qorxu yaşadıb.

KONKRET.az xəbər verir ki, silahlı şəxs 3 nəfərə hücum edib, nəticədə ikisi polis əməkdaşı olmaqla bir neçə nəfər yaralanıb.

İngiltərə sosial mediasında yayımlanan görüntülərdə sarı pencək geyinmiş və əlində qılınc tutan şəxsi polis əməkdaşları yaxalayıb.

Metronun yaxınlığında baş verən hadisədə 36 yaşlı kişi həbs edilib. Şəxsin kimliyi ilə bağlı məlumat paylaşılmayıb.

İnsidentin motivi ilə bağlı məlumat verilməsə də, hadisə ilə bağlı istintaq başladılıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
1
Mənbələr
Şərh ()
Bağla