AZ

Hər kəs avtomobil HƏVƏSİNDƏ – Şöhrətpərəstlik, yoxsa EHTİYAC? 

Azərbaycanda son illər avtomobillərə maraq artıb. Artıq ehtiyacı olan-olmayan hər kəs maşın almaq istəyir. Hətta bəzən insanlar problemləri olduğu təqdirdə borc-xərc edib kreditə avtomobil alırlar. 

Maraqlıdır, avtomobil marağı nədən irəli gəlir?

Deputat Fazil Mustafa mövzu ilə bağlı Bizim.Media-ya danışıb. 

O bildirib ki, bu, birinci növbədə ictimai nəqliyyatın olmaması ilə bağlıdır: 

“Çünki ictimai nəqliyyatın alternativi yoxdur. İctimai nəqliyyatdan istifadə etmək vaxt itkisinə səbəb olur. Bu məsələdə problem aktuallığını qoruyur. Digər səbəb şöhrətpərəstliklə bağlıdır. Bəzən insanın imkanı olmur, borc alır, əsas odur ki, avtomobili olsun. 

Bahalı avtomobil bilavasitə yekəxanalıqla bağlıdır. Yolları və başqa məsələləri nəzərə alsaq, bahalı avtomobil istifadəsini məqbul hesab etmirəm. Kimsə özünü daha güclü göstərmək üçün bu varianta əl atır. Bütövlükdə hamısı kompleks səbəblərlə bağlıdır. Əksər insanlar üçün ictimai nəqliyyat alternativi olmadığına görə bu məsələdə daha çox avtomobildən istifadəyə üstünlük verirlər. Bu da problemlərin əsas səbəblərindən biridir”.  

Məhərrəm Əliyev, Bizim.Media


 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
1
Mənbələr
Şərh ()
Bağla