AZ

Qəzzada ölənlərin sayı artdı

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 34535-ə, yaralıların sayı isə 77704-ə yüksəlib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İsrail oktyabrın 7-də Qəzza zolağına başladığı hücumlarını davam etdirir.

İsrailin bombardmanları bölgədəki mülki insanları hədəf alarkən, əksəriyyəti uşaq və qadınlar olmaqla minlərlə fələstinli ölür.

Fələstin Səhiyyə Nazirliyi bölgədəki son vəziyyəti paylaşıb.

Nazirlikdən verilən açıqlamada son 24 saatda Qəzza zolağına edilən 5 hücumda 47 fələstinlinin həyatını itirdiyi, 61 fələstinlinin isə yaralandığı bildirilib.

Açıqlamada, həmçinin 207 gündür davam edən hücumlar səbəbilə can itkisinin 34 min 535-ə, yaralıların sayının isə 77 min 704-ə yüksəldiyi bildirilib.
 
Nəzrin
Seçilən
96
2
Mənbələr
Şərh ()
Bağla