AZ

Dövlət Komissiyasının nümayəndəsi: Sonuncu itkinin taleyi məlum olana qədər axtarışlar davam edəcək

Dövlət

Bakı, 30 aprel, AZƏRTAC

“Birinci Qarabağ müharibəsinin qəhrəmanlarından Natiq Qasımovun nəşinin tapılması asan olmayacaq”.

AZƏRTAC xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun rəhbərinin müavini Eldar Səmədov aprelin 30-da keçirilən brifinqdə deyib.

O bildirib ki, Natiq Qasımov əsir götürülərək beynəlxalq hüquq normalarına zidd üsullarla qətlə yetirilib: “Onun nəşinin tapılması asan olmayacaq. Çünki ona və digər qəhrəmanlara qarşı qeyri-insani davranışlar sərgilənib”.

Eldar Səmədov bildirib ki, Birinci Qarabağ müharibəsində və Vətən müharibəsində itkin düşənlərin, eyni zamanda, Laçında kəskin hava şəraitində itkin düşmüş iki əsgərin axtarışları davam edir. “Sonuncu itkinin taleyi məlum olana qədər proses davam edəcək”, - deyə o əlavə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
5
Mənbələr
Şərh ()
Bağla