AZ

Qəzzada daha 13 fələstinli həlak olub, xeyli yaralı var

Qəzzada

İsrail Qəzza zolağının müxtəlif bölgələrinə intensiv hücumları davam etdirir.

Reyting.az
xəbər verir ki, bu barədə Fələstinin WAFA rəsmi agentliyi məlumat yayıb.

Qeyd edilib ki, İsrailin döyüş təyyarələri Nusayrat qaçqınlar düşərgəsinin şimal və qərb bölgələrinə hava zərbələri endirib. Bu zərbələr nəticəsində 4 nəfər ölüb, 15 nəfər yaralanıb. Büreyc qaçqınlar düşərgəsinə endirilən zərbələrdə isə 3 fələstinli həyatını itirib, 10 fələstinli isə yaralanıb.

Xəbərdə deyilir ki, növbəti hücum Cibaliya qaçqınlar düşərgəsinə olub. Burada 3-ü uşaq olmaqla 7 fələstinli yaralanıb. Xan Yunis şəhərində isə fələstinlilərin evləri artilleriya atəşinə tutulub və dağıntılar altından 6 fələstinlinin cəsədi çıxarılıb. Hazırda xilasetmə işləri davam edir.

E.ARAZ
Reyting.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
Mənbələr
Şərh ()
Bağla