AZ

Üç ayda hotellərin gəlirləri artıb

2024-cü ilin yanvar-martında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri 111,7 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 31,1% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
 
Bildirilib ki, gəlirlərin 58,5%-i nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 26,9%-i ictimai iaşə xidmətlərindən, 3,6%-i müalicə və sağlamlıq xidmətlərindən, 11,0 %-i isə digər xidmətlərin göstərilməsindən əldə edilib.
 
Üç ayda mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 779,4 min olub ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 41,9% çoxdur. 
 
Gecələmələrin ümumi sayının 64,7 %-i Bakıda, 9,3 %-i Qusarda, 4,0%-i Naftalanda, 3,9 %-i Qubada, 3,6 %-i Şabranda, 3,0 %-i Qəbələdə, 1,8%-i Lənkəranda, 1,1%-i Gəncədə, 1,0%-i Naxçıvanda və 7,6 %-i digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınıb. 
 
Ümümi gecələmələrin 55,6%-ni əcnəbi və vətəndaşlığı olmayan şəxslər təşkil edir ki, bu da hesabat dövründə ötən ilin müvafiq dövrü ilə müqayisədə 40,2% artaraq 433,4 min olub.

Gecələmələrin ümumi sayının 17,8 %-i Hindistan, 17,3 %-i Rusiya Federasiyası, 9,0 %-i Türkiyə, 7,1 %-i Birləşmiş Ərəb Əmirlikləri,  6,3 %-i Səudiyyə Ərəbistanı, 3,7 %-i Küveyt, 2,7 %-i Qazaxıstan, 2,7 %-i Böyük Britaniya, 2,4%-i ABŞ, 2,3%-i Pakistan, 2,3%-iÇin, 1,7 %-i Özbəkistan, 1,3 %-i Almaniya, 1,1%-i İtaliya, 1,1 %-i Gürcüstan, 1,0 %-i Bəhreyn, 0,9%-i  İsrail, 0,8 %-i Qətər, 0,8 %-iUkrayna, 0,7%-i Belarus, 0,7 %-i Litva, 0,6%-i Fransa, 0,6 %-i Polşa, 0,6 %-i İran, 0,6 %-i Oman, 13,9%-i  isə digər ölkələrin vətəndaşlarının payına düşüb.

Ümümi gecələmələrin 44,4%-ni Azərbaycan vətəndaşları təşkil edir, bu da 44,2% artaraq 346,0 min olub.
 
Aygün 

www.anews.az
Seçilən
160
9
Mənbələr
Şərh ()
Bağla