AZ

Məşhur azərbaycanlı milyarderə oxunan ölüm hökmü ləğv edildi

Bakı. Trend:

İranda məşhur azərbaycanlı milyarder Babək Zəncaniyə oxunan ölümhökmü ləğv edilib.

Trend-in məlumatına görə, bunu İranın Məhkəmə Sisteminin sözçüsüƏsğər Cahangir bu gün (30 aprel) Tehranda keçirdiyi mətbuatkonfransında deyib.

Ə.Cahangirin sözlərinə görə, Tehran vilayəti ədliyyə idarəsininBabək Zəncaninin cəzasının yüngülləşdirilməsi ilə bağlı müraciətiİranın Ali Lideri Seyid Əli Xameneinin razılığı ilə MəhkəməSisteminin sədri Qulamhüseyn Mohseni Ejeyi tərəfindəntəsdiqlənib.

Cahangiri əlavə edib ki, Zəncaniyə qarşı edam qərarı 20 illikhəbsə dəyişdirilib.

Qeyd edək ki, Zəncan vilayətindən olan Babək Zəncani İranınsabiq prezidenti Mahmud Əhmədinejadın dövründə İran nefti vəqazının gizli ticarətini həyata keçirib və qara bazarda böyük payasahib olub. Lakin İranın dövlət qurumları Zəncaninin neftticarətindən dövlət bankına olan 2,8 milyard dollar vəsaitiödəmədiyini bildirirlər. Zəncani isə pulları sanksiyaya görə,Avropa banklarında dondurulmuş hesablarda saxlandığınıbildirirdi.

Xatırladaq ki, Zəncani ABŞ-nin 2012-ci ildə İrana qarşısanksiyalarını pozduğuna görə qara siyahıya daxil edilib.

Seçilən
23
2
Mənbələr
Şərh ()
Bağla