AZ

Rusiya Xarkovu Şimali Koreya istehsalı “Hwasong-11” ballistik raketləri ilə vurub

Rusiya Xarkovu vurmaq üçün KXDR-də istehsal olunan “Hwasong-11” ballistik raketindən istifadə edib.

Editor.az bildirir ki, BMT ekspertlərinin yaydıqları hesabatda belə deyilir. 32 səhifəlik sənəddə müşahidəçilər belə qənaətə gəliblər ki, raketdən çıxarılan qalıqlar qeyd olunan tipli Şimali Koreya raketinə aiddir və BMT Təhlükəsizlik Şurasının KXDR-ə qarşı tətbiq etdiyi silah embarqosunun pozulmasının sübutudur. Aprel ayında Xarkovda işləyən ekspertlər raketin Rusiya Federasiyasında istehsalına dair “heç bir sübut tapmayıblar”.

Eyni zamanda, onlar “onun harada və kim tərəfindən işə salındığını obyektiv olaraq müəyyən edə bilməyiblər”, – hesabatda deyilir. Agentlik qeyd edir ki, Moskva və Pxenyanın Nyu-Yorkdakı BMT-dəki nümayəndəlikləri ekspertlərin hesabatını “Reuters” agentliyinə şərh etməyiblər.

Xatırladaq ki, yanvarın 2-də Rusiya Federasiyası Xarkova bir neçə raket hücumu həyata keçirib, nəticədə Milli Polisin məlumatına görə, 62 nəfər yaralanıb, 3 nəfər həlak olub. Atışmanın episentrində 40-a yaxın evə ziyan dəyib. Regional hərbi administrasiyanın rəhbəri məlumat verib ki, işğalçılar “İsgəndər-M” raketlərindən də istifadə ediblər.

//Samir Qurbanov, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
Mənbələr
Şərh ()
Bağla