AZ

“Son vaxtlar Rusiya Azərbaycan münasibətləri yüksələn xətlə inkişaf edir”- Millət vəkili

“Son vaxtlar Rusiya Azərbaycan münasibətləri yüksələn xətlə inkişaf edir. Belə ki, dövlət başçıları ölkələrarası məsələləri qarşılıqlı anlaşma əsasında həll edir”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin Moskvaya səfəri ərəfəsində Rusiya sülhməramlılarının vaxtından əvvəl Qarabağı tərk etməsi, sonra da Birgə Monitorinq Mərkəzinin fəaliyyətinin dayandırılması Azərbaycanla Rusiya arasında bir çox məsələlərin danışıqlar müstəvisində həll edilə biləcəyi anlamına gəlir:

“Həm də Baykal-Amur Magistralının çəkilməsinin 50 illik yubileyi tədbirinə dəvət olunması, tədbirdə səmimi yanaşmaların edilməsi, Prezident Vladimir Putinin qarşılanma və yola salmada qapıya qədər gəlməsi və avtomobil yerindən tərpənənə qədər gözlənilməsi Prezident İlham Əliyev şəxsiyyətinə olan böyük hörmətin göstəricisidir. Bu, həm də dövlətlərimiz arası münasibətlərin yeni müstəvidə inkişafından xəbər verir.

Rusiya dövlət başçısı Vladimir Putin bütün prezidentlərə Prezident İlham Əliyevə göstərilən diqqəti göstərmir. Məsələn, Makronun Moskvaya səfəri hamımızın yadındadır. Prezident Putin Makronu 15 metrelik stolun başında özündən uzaqda oturtmuşdu və görüş bitəndə heç gözləmədən zalı birinci tərk etmişdi. Belə hallar digər dövlət başçılara münasibətdə də çox olub. Amma Vladimir Putin dövlət başçımızı həmişə böyük hörmətlə qarşılayıb. Təbii ki, burada şəxsiyyət faktoru əsas rol oynayır. Prezident İlham Əliyevin apardığı müstəqil siyasət heç bir ölkənin maraqlarına zidd deyil. Dövlət başçımız hətta bir-birilə düşmən ölkələrlə də balansı qoruyub saxlaya bilir. Bu uğurlu siyasət onun böyük lider və diplomat olmağından irəli gəlir. Hesab edirəm ki, bu baxımdan Azərbaycan-Rusiya münasibətləri gələcəkdə daha möhkəmlənəcək və qarşılıqlı fayda əsasında inkişaf edəcək”.

//Gülnarə Abasova, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
Mənbələr
Şərh ()
Bağla