AZ

Yunanıstan mediası Terimin istefaya göndəriləcəyini yazır

style='margin-bottom:10px;'>

"Panatinaikos" baş məşqçisi Fatih Terimlə yolları ayırmağa qərar verib.

QOL.az xəbər verir ki, bu barədə Yunanıstan "Sport24" nəşri məlumat yayıb. Bildirilib ki, türkiyəli mütəxəssislə əvvəlcə əməkdaşlığa davam edilməsi düşünülürdü. Ancaq  Superliqada "Aris"ə məğlubiyyət və ondan sonra baş verən hadisələr Yunanıstan təmsilçsinin prezidenti Qiannis Alafouzosun qərarını dəyişməsinə səbəb olub.

Xəbərdə F.Terimin paltardəyişmə otağında hər kəsin inamını itirdiyi vurğulanıb.

Klubda bəzi şəxslərin mayın 15-də keçiriləcək PAOK matçından əvvəl Fatih Terimin istefaya göndərilməsini xahiş etdiyi, lakin bunun sözügedən vaxta kimi reallaşmasının mümkün görünmədiyi iddia olunub.

Qeyd edək ki, F.Terim ötən ilin dekabrında "Panatinaikos"un baş məşqçisi təyin olunub. Onun rəhbərliyi altında komanda hazırda ölkə çempionatında 56 xalla 4-cü pillədə qərarlaşıb.

Seçilən
38
Mənbələr
Şərh ()
Bağla