AZ

Amerikada polislər axtarış apardıqları evdə öldürüldülər

ABŞ-nin Şimali Karolina ştatında məhkəmə qərarı ilə evdə axtarış aparmağa gedən polis əməkdaşları silahlı hücuma məruz qalıb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Şarlotta şəhərində baş verən hadisədə 4 polis ölüb, daha 4 polis yaralanıb. Onlardan birinin vəziyyəti ağırdır. 

Şarlotta polis rəisi Conni Cenninqs hadisə ilə bağlı verdiyi açıqlamada bildirib ki, şübhəli hadisə yerində zərərsizləşdirilib.

Ağ Ev ABŞ prezidenti Co Baydenin hadisə ilə bağlı məlumatlandırıldığını və Baydenin hadisələri yaxından izlədiyini açıqlayıb. 

Zərifə Nağıyeva
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
Mənbələr
Şərh ()
Bağla