AZ

Deputatdan Başkənd açıqlaması: "Ermənistana bir qarış da olsun, torpağımızı güzəştə getmək fikrində olmamışıq, olmayacağıq!"

“Deputat həmkarım Rasim Musabəyovun dediklərinə münasibət bildirmirəm. Ancaq Başkəndlə bağlı öz fikrimi deyəcəyəm. Başkənd Azərbaycan ərazisidir! Gədəbəy rayonunun ərazisidir! Çox mühüm hərbi strateji əhəmiyyətə malik ərazidir. Bu bir! O Başkənd uğrunda canını qurban vermiş xeyli sayda şəhidlərimiz var. Bu iki! Üçüncüsü, Azərbaycan olaraq biz heç kimə, heç bir dövlətə, o cümlədən Ermənistana bir qarış da olsun, torpağımızı güzəştə getmək fikrində olmamışıq, olmayacağıq!” 

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov deyib. 

 

“Bu məsələ ilə bağlı hərənin öz fikri ola bilər. Ancaq mənim bir millət vəkili, bir azərbaycan vətəndaşı, müharibə veteranı kimi dediyim söz budur. Bizim ermənilərə verəsi, yaxud mübadilə aparısı bir qarış torpağımız, nə də heç bir yaşayış məntəqəmiz yoxdur, vəssalam!”, - deputat bildirib. 

 

Aytəkin Qardaşova 

Tarix: 30 Aprel 2024, 11:07   

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
Mənbələr
Şərh ()
Bağla