AZ

Qazaxıstanlı nazir türk dünyasının alimlərini bu il Tamqalıda keçiriləcək konfransa dəvət edib

Bakı, 30 aprel, AZƏRTAC

“Bu il Qazaxıstanın Tamqalı bölgəsində Tambalı petroqliflərinə həsr olunmuş və türk dünyası alimlərini bir araya toplayacaq elmi-praktiki konfrans keçiriləcək. Bu gün Bakıda keçirilən tədbirdə fürsətdən istifadə edərək hər birinizi Qazaxıstanda baş tutacaq elmi-praktiki konfransa iştirak üçün dəvət edirəm”.

AZƏRTAC xəbər verir ki, bu barədə Qazaxıstanın mədəniyyət naziri Aida Balayeva Bakıda keçirilən Türk Mədəniyyəti və İrsi Fondunun birinci Şura Toplantısında deyib.

Qazaxıstanlı nazir bildirib ki, Tamqalı elmi-praktiki konfrans petaqalif tarixi-mədəniyyət qoruğunda baş tutacaq: “Tambalı tarixi mədəni qoruğu Qazaxıstanın paytaxtı Almatıdan 170 kilometr məsafədə yerləşir. Burada petroqaliflər əks olunmuş qaya - Tambalı ərazisi UNESCO-nun Mədəni irsinə daxildir. Bu il keçiriləcək elmi-praktiki konfrans iştirakçıları nadir petroqlifləri ziyarət etmək fürsəti əldə edəcəklər”.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
Mənbələr
Şərh ()
Bağla