AZ

3 ayda Naxçıvanda ÜDM istehsalı artıb

2024-cü ilin yanvar-martında ümumi daxili məhsul istehsalı (ÜDM) 318 milyon 794 manat olub, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,9% çoxdur. Bunu Naxçıvanın iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov deyib. 
 
2023-cü ildə Naxçıvanın ÜDM istehsalının 1 milyard 550 milyondan çox olduğunu vurğulayan nazir müavini iqtisadi inkişafda büdcə daxilolmalarında sahibkarlığın rolunun böyük olduğunu söyləyib. 

"İqtisadi inkişafda, büdcə daxilolmalarında sahibkarlığın rolu olduqca böyükdür. Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətində qeydiyyatda olan vergi ödəyiciləri üzrə vergi daxilolmaları ötən il 2022-ci illə müqayisədə 36,6 milyon manat və ya 29,4 % artıb. 2024-cü ilin birinci rübündə DVX-nin xətti ilə büdcəyə 45,8 milyon manat vergi daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24,8 % və ya 9,1 milyon manat çoxdur. Cari ilin birinci rübündə Naxçıvanda vergi daxilolmaları üzrə proqnoz 116,1 % icra edilib", - o "Sahibkarlar Günü: Naxçıvan Muxtar Respublikasının ixrac perspektivləri” mövzusunda keçirilən tədbirdə qeyd edib. 

Ölkədə Ümumi Daxili Məhsul istehsalı 2026-cı ildə 1,2 dəfə artım olacağı gözlənilir.

2023-cü ilin on ayında Azərbaycanda 100,9 milyon manatlıq  ümumi daxil məhsul istehsal olunub.  
 
Dünya Bankı 2025-ci ildə Azərbaycan iqtisadiyyatının 2,6 % böyüyəcəyini proqnozlaşdırır.
 
Mərkəzi Bankın məlumatına görə, 2025-ci ildə Azərbaycanda inflyasiya 5,4 % olacağı proqnozlaşdırılır.
 
Aygün

www.anews.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
5
Mənbələr
Şərh ()
Bağla