AZ

Mərkəzi Bankın xüsusi tənzimləmə rejiminə müraciətlər sabahdan qəbul ediləcək

Bakı, 30 aprel, AZƏRTAC

Mayın 1-dən Azərbaycan Mərkəzi Bankının (AMB) xüsusi tənzimləmə rejiminə müraciətlərin qəbuluna başlanılacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri AMB-nin baş direktoru Fərid Osmanov Mərkəzi Bankın Xüsusi tənzimləmə rejiminin təqdimatında deyib.

“İstərdik ki, rəqəmsallaşma istiqamətində çalışanlar “sandbox” xüsusi rejiminə innovativ məhsulların çatdırılmasını təşviq etsinlər. Həmçinin maliyyə institutlarını, hüquqi şəxsləri innovativ məhsul və xidmətlərin “sandbox” rejiminə təqdim edilməsində aktiv iştiraka dəvət edirik”, - deyə F.Osmanov qeyd edib.

Seçilən
31
1
Mənbələr
Şərh ()
Bağla