AZ

Azərbaycan yığmasının tanınan siması çempion oldu - Almaniyada

Şahmat üzrə Azərbaycan millisinin üzvü, üçqat Avropa çempionu Şəhriyar Məmmədyarovklublar arasında Almaniya çempionatında iştirak edib.

Sportinfo.az xəbər verir ki, Ş.Məmmədyarov bundesliqada “Viernheim” klubunun şərəfini qoruyub.

Onun komandası maksimum nəticə ilə yarışın qalibi adını qazanıb.

Digər şahmatçımız Nicat Abasovun çıxış etdiyi “Ötigheim” bundesliqanı 6-cı pillədə başa vurub.

Bundesliqada birincilik uğrunda ümumilikdə 16 komanda mübarizə aparıb.

Seçilən
51
Mənbələr
Şərh ()
Bağla