AZ

İsraildə küçələr qarışdı: Polislə nümayişçilər arasında TOQQUŞMA – Hökumətin istefası tələb edilir

Yüzlərlə israilli İsrailin paytaxtı Təl-Əvivdə baş nazir Benyamin Netanyahu hökumətinin istefası, erkən seçkilərin keçirilməsi və israilli məhbusların evlərinə qayıtması tələbi ilə etiraz aksiyası keçirib. 

Yenicag.az xəbər verir ki, İsrailin Qəzza zolağının Rəfah şəhərinə mümkün hücumundan əvvəl küçələrə çıxan nümayişçilər baş nazir Netanyahu və hökumətindəki siyasətçilərə qarşı plakatlar qaldırıb, şüarlar səsləndiriblər. Polislə nümayişçilər arasında dava düşüb.
İsrailin paytaxtı Təl-Əvivdə Qəzza zolağında məhbusların ailələri və tərəfdarları küçələrə çıxaraq hökuməti məhbusların azad edilməsi üçün atəşkəs razılaşmasını qəbul etməyə çağırıb.

Nümayişçilər Təl-Əvivdə Begin küçəsini nəqliyyatın hərəkətinə bağlayıb və yolda tonqal yandırıblar.

Qəzzada 1,5 milyon fələstinlinin sığındığı Rəfahı qurudan işğal etmək istəyən İsrail, humanitar fəlakət xəbərdarlığına baxmayaraq, bölgəni “Həmasın son qalası” olaraq xarakterizə edərək işğalda israrlıdır. Beynəlxalq xəbərdarlıqlara baxmayaraq, Rəfaha hücum planını dəfələrlə təsdiqləyən İsrailin baş naziri Benyamin Netanyahu aprelin 8-də verdiyi açıqlamada hücumun tarixinin müəyyən edildiyini bildirib. Digər tərəfdən, İsrail dövlət televiziyası KAN-ın 14 aprel tarixli xəbərlərində Netanyahunun tarixi açıqlanan Rəfaha hücum planının “təxirə salındığı” iddiası yer alıb.

İsrailin quru işğalından əvvəl bölgəyə sığınanları çıxarmaq üçün iki həftə ərzində Rəfah yaxınlığında 10 min çadır qurmağı planlaşdırdığı da iddia edilib. 30 min əlavə çadırın satınalma mərhələsində olduğu və onların daha sonra həmin ərazidə quraşdırılacağı qeyd edilib.

İsrail hakimiyyətinin məlumatına görə, Qəzza zolağında bəziləri sağ, bəziləri isə ölü olmaqla 130-dan çox israilli məhbus var. HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam briqadaları İsrailin Qəzzaya hücumları zamanı öldürülən israilli məhbusların sayının 70-i keçdiyini açıqlayıb.

Digər tərəfdən, ABŞ-ın bir çox şəhərində universitetlərdə təhsil alan tələbələr və müəllimlər İsrailin Qəzzada törətdiyi qırğınlara reaksiya vermək üçün aksiyalarını davam etdirirlər. Avropa şəhərlərində anti-İsrail nümayişləri davam edərkən, bir müddət əvvəl Fransanın köklü təhsil ocaqlarından biri olan Sorbonna Universitetində tələbələr İsrailin Fələstinə hücumlarının dayandırılmasını tələb edərək nümayiş keçiriblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
108
Mənbələr
Şərh ()
Bağla