AZ

Hökumət kənd əhalisinin təklifini “YOX” dedi

Kirants kəndinin sakinlərinin təklifi Ermənistan hökuməti tərəfindən rədd edilib. Bu barədə kənd sakinlərindən biri jurnalistlərlə söhbətində məlumat verib.

Aprelin 29-da kənd icma rəhbərinin başçılıq etdiyi bir qrup Kirants sakini baş nazir Nikol Paşinyanla görüşmək üçün İrəvana gəlib. Onlar gözləntilərinin doğrulanmadığını və nəticədən narazı olduqlarını bildiriblər.

Herbiand.az erməni mənbələrinə istinadən xəbər verir ki, müxalif “Ermənistan” blokunun deputatı  Qeqam Nazaryan kənd əhalisinin qeyri-müəyyənlik içində qaldıqlarını bildirib.

“Sakinlərin yeni sərhədin, sovet demarkasiyasına uyğun olması ilə bağlı təklifləri qəbul edilməyib”.

Sakinlər istəyir ki, müəyyən yerlərdə ərazi mübadiləsi aparılsın və sərhədlər yaşayış məntəqəsindən maksimim aralı olsun.

Herbiand.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
Mənbələr
Şərh ()
Bağla