AZ

Qazaxıstanın sabiq daxili işlər naziri Erlan Turqumbayev saxlanılıb

Aprelin 29-da Qazaxıstanda sabiq daxili işlər naziri Erlan Turqumbayev saxlanılıb. Qazaxıstan Baş Prokurorluğunun məlumatına görə, bu, 2022-ci ilin yanvarında ölkədə baş vermiş kütləvi iğtişaşların şəraitinin araşdırılması ilə əlaqədardır.

Əvvəllər o, bu işə şahid qismində cəlb olunmuşdu. Erlan Turqumbayev ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə maddəsi ilə saxlanılıb. İşin digər təfərrüatları dövlət sirrini ehtiva edən məlumatların olması səbəbindən açıqlanmır.

Erlan Turqumbayev 2019-cu ildən Qazaxstanın Daxili İşlər Nazirliyinə rəhbərlik edib. 2022-ci ilin yanvarında Almatı və Qazaxıstanın digər şəhərlərində maye qazın bahalaşması ilə bağlı kütləvi etiraz aksiyaları keçirilib. Almatıda etirazlar silahlı insanların iştirak etdiyi iğtişaşlara çevrilib, etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmaların baş verib. Nəticədə rəsmi məlumatlara görə, 238 nəfər ölüb. 331 nəfər oğurluq, silah oğurluğu və ya onları saxlama ittihamı ilə mühakimə olunub.

//Samir Qurbanov, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
48
Mənbələr
Şərh ()
Bağla